Gözdəymə və ondan necə qorunmaq haqqında

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 909
Paylaş:
Səs ver:
(səs: 1)
Gözdəymə və ondan necə qorunmaq haqqında
Gözdəymə adətən paxıllıqdan və ya bədnəzərdən meydana gəlir. Uca Allah öz Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) həsəd aparanın şərindən Ona pənah aparmasını əmr edir.

Uca Allah buyurur: “…və həsəd aparan zaman paxılın şərindən!” (əl-Fələq, 5).

Qadinla.com bildirir ki, həmçinin, insanın özü-özünə, övladına, malına da gözü dəyə bilər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: “Gözdəymə haqdır. Əgər qədərin (alın yazısının) qabağını ala bilən bir şey olsaydı, gözdəymə onu keçərdi”. (əl-Buxari, Muslim).

Gözdəymədən və başqa şərlərdən qorunmaq üçün hər namazdan sonra “Ayətul-Kursi – (əl-Bəqərə, 255)”, “əl-İxlas”, “əl-Fələq” və “ən-Nəs” surələrini oxumaq lazımdır. Səhər sübh namazından sonra və məğrib namazından yarım saat əvvəl hərəsini üç dəfə oxumaq lazımdır. Həmçinin, özündə və başqa insanlarda xoşuna gələn bir şey gördükdə “Bərakəllahu fihi” deyərək ona Uca Allahdan bərəkət diləmək lazımdır. Həmçinin, “MəşəAllah” demək. Peyğəmbərimiz (salləllahu aleyhi va səllam) demişdir: “Biriniz qardaşında, yaxud özündə, ya­xud da malında xoşuna gələn bir şey görsə, onun üçün bərəkət diləsin! Çünki gözdəymə həqiqətdir!” (İbn Məcəh, 3509).

Gözdəymənin təsirləri barədə rəvayət olunur ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Allahın Rəsulu (salləllahu aleyhi va səllam) bədnəzərdən qorunmaq üçün mənə ruqya (Qurandan və Sünnədən bədnəzərə qarşı oxunacaq hissələr) oxumağı deyərdi”. (əl-Buxari, Muslim).

loading...
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 909
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Xəyallar limanı
Bizdə göz dəydisə başa duz hərrəmək birdə üzərik yandırmağ var 02
Təşəkkür can
29 dekabr 2017 17:02
3
Şüşə kimi ol səni qıranı səndə kəs.!#
Offline
Love-Girl
Mende bacardiqca tez tez
“Ayətul-Kursi – (əl-Bəqərə, 255)”, “əl-İxlas”, “əl-Fələq” və “ən-Nəs” surelerini oxuyuram. Allah her birimizi bed nezerden qorusun.
27 dekabr 2017 19:10
2
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
Gülüş.
bednezere inaniram ogluma tez nezer deyir nezer duasi var mende oxuyuram tez tez
27 dekabr 2017 13:00
1
*

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri