Qiyamət günü Adəmoğlunu ən çox üzən şey " vaxtını dəyərsiz keçirməsi olacaqdır”... Bunu hədislərdən
oxumuşam. Həqiqətən də elədir. Gün ərzində çox işlə məşğul oluruq. Bəzən də gün ərzində yemək yemək, ya da TV seyretməkdən başqa etdiyimiz iş olmur. Gün ərzində ƏMƏL DƏFTƏRİM deyə bir şey düşünürük mü? Və neçə dəfə düşünürük? Çoxumuzun Əməl dəftəri yadımızdan çıxıb. Halbuki hər dəqiqən, hər saniyən, hər yaxşı əməlin, hər pis əməlin o dəftərdədir. Sizlərdən çoxunuz işləyirsiniz. Bəlkə də "hesab” dəftərinizə "əməl” dəftərinizdən çox baxırsınız... Bu təbii haldır. Çünki dünya işləri Sənə Səni unutdurub... Üstəlik şeytan da "hələ tələsmə” deyə qulağına fısıldayır...