Kəlamlar

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 502
Səs ver:
(səs: 1)

Pəhriz barədə

1.Allahı xəlvətdə yada sal.İbadəti özün üçün yuxu bil,aclığı isə güc qüvvət.
2.Dinə qail olmağın əsası pis əməllərdən çəkinməkdir.
3.Çox yeyib içməklə ürəyini gücə salma.
4.Öz qəlbini aclıqla saflaşdır. Aclıq və susuzluqla nəfsinə qalib gəl. Ac qalmaqla Behişt qapılarında dilənçi ol.
5.Dünya ürəkdə şirin, gözdə isə yaşıldır. Lakin Allah sizi,sizdən əvvəl dünyadan keçənlərdən sonra yaradıb. Deməli, öz əməllərinizi yaxşıca gözləyin. Dünyanın bütün xəbisliklərindən uzaqlaşın.
6.Kimliyindən və harada olmasından asılı olmayaraq möminlər mənə ən yaxın adamlardır.
7.Oruç tutan adam yalan və pis söz danışmaqdan özünü qoruya bilməsə Allah yanında orucu qəbul olunmaz.
8.Bir gün bir nəfər kəramətli Peyğəmbərə ərz etdi:"Ey Allahın Peyğəmbəri,icazə verin mömin olum".
Peyğəmbər (s.a.v) buyurdu:"Özgəsini mömin edənin və özü mömin olanın mənə dəxli yoxdur.Ona görə ki, ümmətim oruc tutma və pəhriz saxlama yolu ilə mömin olur".
Həmin adam dedi:"Onda icazə verin adamlardan üz döndərib yaşayım və dünya ləzzətlərinə göz yumum".
Peyğəmbər (s.a.v) buyurdu:"Mənim ümmətim üçün dünyadan əl cəkmək məsləhətdir ki,həm bu dünyada yaşasın və həm də məscidin bir küncündə oturub ibadətlə məşğul olsun".Xasiyyəti gözəl olan insan Allahın ən yaxşı bəndəsidir.
9.Oruc tutan adam pis danışıq və pis əməllərdən çəkinib kimsənin ürəyini incitməməlidir.
10.Özünə qəsd etmə. Allah tənbehindən qorx!
11.İslamda tərkidünyalıq buyurulmayıb.
12.Səd ibn Əbu Vəqqas dedi:"Kərəmətli Peyğəmbər (s.a.v) Osman ibn Məzunu tərkidünyalıqdan və subaylıqdan cəkindirdi.Əgər Peyğəmbər(s.a.v) bunu etməsəydi, onda biz müsəlmanlar hamılıqla xədim olardıq.
13.Beş əməl orucu və dəstəmazı batil edir:yalan danışmaq, qeybət etmək, xəbərçilik etmək, başqasının naməhrəm yerlərinə ehtirasla baxmaq və yalandan and içmək.
14.Artıq dərəcədə hörmət etdiyim dost o müsəlmandır ki, başqalarına təcavüz etməsin, kiçik ailəli yoxsul, namaz qılan və xəlvətdə Allaha ibadət edən olsun. Şöhrət dalınca qaçmasın; ehtiyaclarını ödəməkçün kifayət qədər varlı olsun, öləndən sonra məzarı üstündə ağlamaq üçün az arvad qoyub getsin və çox mülki, sərvəti qalmasın.
15.Oruc tutun və vaxtında yemək yeyin. Yatmağa tələsməyin, ehtiyac duyduqda yatın. Çünki öz sağlamlığını qorumaq insanın borcudur. Özünüzə çox əziyyət verməyin. Əgər bədən cox əziyyət çəkərsə, xəstələnər və məhv olar. İnsan gözlərini qorumalıdır. Onun yorğunluğu çixsın deyə vaxtlı-vaxtında yatmaq lazımdır.Arvadınız qarşısında, görüşünüzə gələn qonaqlar qarşısında da sizin müəyyən rəftarınız olmalıdır.O şəxs ki,mütəmadi sürətdə oruc tuta bilmir,hər ay 3 gün oruc tutsa,bir ay orucuna bərabərdir.Belə olduqda,ayda 3 gün oruc tutmaq kifayətdir.

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 502
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri