+++++++++İbadətləri Uşağınıza Bəhanə Olaraq Təqdim etməyin…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 767
Səs ver:
(səs: 0)
Aişə 8 yaşında idi. Davamlı anasıyla birlikdə olmağı gözlüyürdü. Anası isə ibadətlərinə çox düşkün idi. Vaxtı girdimi namazını qılardı, hər fürsətdə Quran oxuyar, təsbeh çəkərdi
1ci hekayə-Aişə nə vaxt anasını yanına çağırsa, onunla birlikdə olmaq istəsə anası, "İndi namaz qılacağam, Quran oxuyacağam" deyə cavab verərdi. Yenə bir gün anasıyla birlikdə parka çıxmaq istəmişdi. Anası da yenə eyni cavabı vermişdi: "Namaz qılmalıyam sabah çıxaq." O da "off yaaa deyərdi! Sən də həmişə namaz qılırsan. Bu namazı heç sevmirəm!" deyə ağlayaraq otaqdan çıxmışdı. 2ci hekayə-Bənzər bir vəziyyət 5 yaşındakı Məmmədlilərin evində də yaşanırdı. Anası və oğulunun ən çox sevdiyi proqramlar televizorda yayımlanırdı. Ana dini proqramını, oğulu da o saatdakı ən çox sevdiyi filmi izləmək istəyirdi. Ana "Proqramı bitirməliyə." deyə uşağının israrla filmini izləməsinə icazə vermirdi. Məmməd də həmişə ağlayırdı. Məmməd 6 yaşına gəldiyində özünə Quran öyrətmək istəyən bacısına "Mən Quranı heç sevmirəm, öyrənmək də istəmirəm!" demişdi. Zəynəb 12 yaşında idi. Anası ilə birlikdə avtomobildə gedərkən ənsevdiyi musiqi kanalını açmaq istəyirdi. Amma anasının istəkləriylə tərs gəlirdi. Ana Quran dinləmək istəyirdi. Bir gün gəlininin avtomobilində Zəynəb, "Oh ! Anam yoxdu! Quran da yoxdu, istədiyim musiqini dinləyə bilərəm!" demişdi. Gəlini çaşmışdı bu kəlmələrdən…
Bunlar niyə söylənildi
Çünki əvvəl necə sevdirəcəyinizi düşünməlisiniz
Dini mövzularda uşaqla inadlaşmaq, məcbur etmək, nümunə olma adına olsa da, nə qədər doğru olduğuna inansanız da həll deyil. Ailələr uzlaşmlı bir yol sərgiləməlidir, uşağı cəzalandırar onları məcbur etməməlidir. Ana-ata əvvəlcə necə sevdirə bilərəm deyə düşünməli, uşaqlarıyla danışmalı, izah etməli, yaşına və fərdiliyinə uyğun həll yolları axtarmal, orta yolu və tarazlığı təmin etməlidir. Uşaqlarıyla sevgi bağı güclü olan valideynlər, şübhəsiz uşaqlarına əvvəl nümunə olacaq, sonra da onlara sevdirərək dini, dini öhdəliklərini yerinə yetirmələrinə köməkçi olacaqlar.

Birinci hekayəbə ana haradasa səhv edirdi . Birinci anamız uşağına heç vaxt ayırmırdı. O həmişə evdə idi amma keyfiyyətli zamanı yox idi uşağı üçün. Uşaq da sevildiyini hiss edə bilmirdi. Anasıyla arasına girən və bəhanə olaraq sürtülən bu namazı özü də sevməməyə başlamışdı. Çünki sonrasında da anası sözündə durmur, onunla oynamır və ya parka aparmırdı. Həll necə ola bilərdi? Namaz qılarkən ana onun yanında olmasına icazə verə bilər və ya birlikdə etməyi təşviq edə bilərdi , mükafat olaraq da parka çıxa bilər və ya oyun oynaya bilərdilər.
İkinci hekayədə anadini proqramı izləməkdə çox haqlı idi Amma uşağıyla inadlaşmamalı və onunla danışaraq uzlaşmalı, razılaşmalı idi. Bu, bir gün oğulunun çox sevdiyi filmi birlikdə izləmək və bu x film üzərinə onunla birlikdə fikir bölüşmək, digər gün də oğulu ilə birlikdə dini proqramı izləmək, ona izah etmək, yanına oturtmaq və onun baxışıyla Quranı izlətdirmək ola bilərdi.

Tərcümə Etdi: NİGAR_CAVAD 




(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri