Aşura ziyarətini oxumağın savabı

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1368
Paylaş:
Səs ver:
(səs: 2)
«Aşura» ziyarətini oxumağın savabı 
–Allah-Taala Öz pak və müqəddəs zatına and içmişdir ki, hər kim İmam Hüseynin (ə) «Aşura» ziyarətini – istər yaxından, istərsə də uzaqdan–oxumaqla onu ziyarət etsə, onun ziyarətini qəbul edəcəkdir. 
–Kim «Aşura» ziyarətini (İmamın (ə) haqqına arif olduğu halda) oxusa, behiştə daxil olar. 
–İmam Sadiq (ə) Səfvana buyurmuşdur: «Hər kim bu ziyarəti oxusa, hacətləri rəva olunar». 
–Hər kim bu ziyarəti, onun fəzilətli vaxtında – sübh namazından sonra və gün çıxmamışdan qabaq – oxusa, ona həm axirətdə savab verilər, həm də onun bu dünyadakı hacətləri qəbul olunar. 
–Kim «Aşura» ziyarətini oxusa, Qiyamət günündə istədiyi şəxsə şəfaət edər. 
–«Aşura» ziyarətini oxumaqla, insan şiə olmasını isbat etmiş olar. 
–«Aşura» ziyarətinin savabı bütün ziyarətlərdən üstündür. 
–İmam Zaman (ə) «Aşura» ziyarətinin oxunmasına təkid etmişdir. 
–Bu ziyarəti oxumaq ruzini çoxaldar. 
–«Aşura» ziyarətini oxumaq borcun ödənməsinə səbəb olar. 
– Bu ziyarəti oxumaq, oğurlanmış malın tapılmasına səbəb olar. 
–«Aşura» ziyarətini oxumaq evlənməyi asan edər. 
–Bu ziyarəti oxumaq, sonsuz qadının övlad sahibi olmasına səbəb olar. 
–«Aşura» ziyarətini oxuyan şəxsin salamı İmam Hüseynə (ə) çatır və onun hacəti qəbul olunur. 
–Bu ziyarəti oxumaqla insanın qəm-qüssəsi aradan gedir. 
–«Aşura» ziyarətini oxumaq, insanın can verməsini asanlaşdırır. 
–Bu ziyarət qəbristan əhlindən əzabı götürür. 
–«Aşura» ziyarəti qəbristanlıqda oxunduqda, İmam Hüseyn (ə) qəbristana gəlib orada uyuyanlara kömək edər. 
–Həzrət Fatimeyi-Zəhra (ə) «Aşura» ziyarəti oxunan məclislərdə iştirak edər. 
–Rəvayətə görə İmam Baqir (ə) və İmam Sadiq (ə) hər il Aşura günündə «Aşura» ziyarətini oxuyublar. 
–İmam Baqir (ə) buyurmuşdur: «Hər kəs bu ziyarəti («Aşura» ziyarətini) oxusa, Allah-Taala onun məqamını yüz min dəfə artırar və adını İmam Hüseynlə (ə) birgə şəhid olanlar arasında yazar». 
–İmam Zamanın (ə.c) Seyyid Əhməd Rəştiyə belə buyurduğu nəql olunur: «Siz nə üçün Aşura oxumursunuz? Aşura! Aşura! Aşura!» 
–«Aşura» ziyarəti Allah tərəfindən təlim verilmişdir. 
–Alimlərdən biri demişdir: «Ayətullah Burucerdi hər gün iki dəfə Aşura ziyarətini (o Həzrətin qatilinə və düşmənlərinə) 100 dəfə lənət və (İmamın (ə) özünə) 100 dəfə salam göndərməklə oxuyardı». 

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1368
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook