İslamda Bakirəliyin əhəmiyyəti nədir?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 4485
Paylaş:
Səs ver:
(səs: 2)
Sual: Dini baxımdan bakirəliyin əhəmiyyəti nədən ibarətdir? Əgər bakirə olmağın heç bir xeyri yoxdursa, aradan qalxmağı (bakirə olmamaq halı) niyə bu qədər vacibdir? Allah niyə bəndələrinə qarşı ayrı-seçkilik qoyur?

Cavab: Allah bəndələrinə qarşı heç cür ayrı-seçkilik etməz.


Bakirəlik sadəcə olaraq qanuni bir nikah, başqa sözlə, dinə müvafiq qaydada kəsilən kəbin nəticəsində, yəni, evlilik vasitəsilə aradan qaldırıla bilər. Evlilikdən başqa birlikdə olmaq zinadır. Zina isə öz növbəsində Allahın qəti surətdə qadağan etdiyi ağır bir günahdır. Hətta ona yaxınlaşmaq belə, haram edilib. Bu barədə Quranda deyilir:

"Zinaya yaxın durmayın. Çünki zina çox murdar bir iş və pis bir yoldur!” (İsra, 17/32).


Bəkarət (bakirə olmaq) nə qədər mühüm olsa da, nəzərə almaq lazımdır ki, qızlıq pərdəsi tullanmaq, sıçramaq, yıxılmaq ya da çox uca bir yerdən hoppanmaq nəticəsində də cırılmış ola bilər. Əksi sübut olunanadək bir insanın təqsirli bilinməməsi prinsipi mütləq və qaçınılmaz bir prinsip olduğuna görə bu məsələdə qızlıq pərdəsinin bu cür səbəblərdən cırıldığını güman edib vəziyyəti qadının lehinə qiymətləndirmək lazımdır. Qadından heç kim (hətta əri, məhkəmə heyəti yaxud da başqa bir şəxs) niyə bakirə olmadığını və ya qızlıq pərdəsinin niyə cırıldığını soruşa bilməz. Heç kimə belə bir səlahiyyət və haqq-hüquq verilməyib.


Əgər bir şəxs hər hansı bir qızla həmin qızın bakirə olmağını ortaya şərt qoyub bir qədər mehr verərək evlənsə və cinsi əlaqə vaxtı qızın bakirə olmadığı məlum olsa, qız əvvəlcədən aldığı mehrdən ərinə heç bir şey qaytarmamalıdır, onun buna hüququ çatır.1

Qızın bakirə olub olmadığını ancaq və ancaq aşağıdakı hallarda yoxlamaq olar:

Qız/qadın ərinin onunla cinsi əlaqəyə girmədiyini iddia edərək ondan boşanmaq istədiyini bildirsə və bu tələblə məhkəməyə müraciət etsə, hakim vəziyyəti qəymətləndirməlidir. Əgər kişi müalicə edilə bilərsə, məhkəmə heyəti ona müalicə üçün 1 il möhlət (vaxt) verməli və müalicə edilməli olduğuna dair xəbərdarlıq etməlidir. Bu müddət başa çatdıqdan sonra qadın ərinin hələ də onunla cinsi əlaqəyə girmədiyini (girə bilmədiyini) bildirsə və kişi buna etiraz etsə, vəziyyətə baxılmalı və qadının bakirə olub-olmadığı yoxlanılmalıdır. Bu yoxlama qadının tələbini nəzərə alıb boşanma qərarı vermək üçün aparılır.2


Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir.  


  1. Ömer Nasuhi Bilmen, Hukuk-i İslamiye ve Istilahat-ı Fıkhiyye Külliyatı, İstanbul, 1985, 2-ci cild, s. 141.  
  2. Eyni əsər, s. 351.  

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 4485
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook