Çirkin qəlbə mələklər daxil olmaz

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1947
Paylaş:
Səs ver:
(səs: 2)
Həm şiə, həm də əhli-sünnə mənbələrində mövcud olan hədisə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "İçində it olan evə mələklər daxil olmazlar” (Müsnədü Əhməd ibn Hənbəl, IV, 28; Şeyx Səduq. Mən la yəhzürühül-fəqih, I, 159).

Bu hədisdən alacağımız ən birinci ibrət onun zahiri mənasıdır. Yəni hansı evin içində - insanlarla bir otaqda it də varsa, o evə mələklər girməzlər. Mələklərin bir evə girmələri – o evin sakinlərinə Allahın mərhəmətini, lütfünü, xeyir-bərəkətini gətirmələri, onları bəlalardan qorumaları mənasını verir. Mələklərin bu evə daxil olmaması isə bu nemətlərdən məhrum qalmaq deməkdir.

Hədisin zahiri mənasından əlavə, batini və rəmzi mənası da vardır. Məşhur İslam alimi Molla Əhməd Nəraqi "Meracüs-səadət” kitabında bu hədisi çox gözəl bir şəkildə şərh edir. Məlumdur ki, hədislərdə möminin qəlbi müqəddəs Kəbə evinə bərabər, hətta ondan da üstün tutulub. Hədisi-qüdsiyə görə Allah-təala buyurub: "Mən nə yerə, nə də səmaya sığaram. Yalnız mömin bəndəmin yumşaq və aram qəlbinə yerləşərəm”. Bir gün səhabələr Həzrət Mühəmməd Peyğəmbərdən (s) soruşdular: "Allah haradadır: yerdə ya göydə?” Cavab verdi: "Allah öz mömin bəndələrinin qəlbindədir”.

Kəbəni uçurmaq, insanları öldürmək nə qədər böyük günahdırsa, möminin qəlbini qırmaq da bir o qədər dəhşətli günahdır: "Hər kim haqsız yerə fəqir mömini incitsə, on dəfə Kəbəni dağıtmış və Allah dərgahına ən yaxın olan min mələyi öldürmüş kimidir” (Deyləmi. İrşadül-qülub iləs-səvab, I, 194).

Nəraqi öz kitabında qəlbi evə bənzədir; çünki Kəbə də bir bina və Allahın evi sayılır. Qəlbdəki pis fikirlər, günah duyğular, xəbis niyyətlər çirkin köpəklər kimidir. Zatən nəcəs olan köpək dəydiyi hər yeri, ağız sürtdüyü hər şeyi murdar etdiyi kimi, haram fikirlər də bütün qəlbi murdarlayır, pak və ülvi duyğuların üzərinə kölgə salır. Mələklər it olan evə girməzlər. Belə olan halda, ilahi elm və maarifi, kəşfü kəraməti daşıyan və mömin qəlblərə ötürən mələklər çirkin qəlbə yaxın düşərlərmi?

İmam Əli ibn Əbu Talib (ə) buyurub: "Pak bəndələrin qəlbi Allahın nəzərgahıdır. Hər kim qəlbini təmiz saxlasa, Allah ora nəzər salar”. Allahın qəlbə nəzər salması o deməkdir ki, elm və irfanı, kəşf və ilhamı qəlbə daxil edir, qəlbə aramlıq (səkinə) bəxş edir, qəlbdəki imanı artırır, öz mərhəməti barədə ümidlə qəlbi doldurur. Peyğəmbərimiz bunu nəzərdə tutaraq buyurmuşdu ki, əgər şeytanlar Adəm övladlarının qəbində dolaşmasaydı, onlar (insanlar) mələklər aləmini görə bilərdilər. Başqa bir hədisdə buyurulur ki, əgər qəlbinizin dağınıqlığı və çox danışmağınız olmasaydı, siz də mənim eşitdiyimi, yəni vəhyi eşidərdiniz (Molla Sədra. Şərhü Üsulil-Kafi, 14-cü hədisin şərhi). Əgər insan öz qəlbini pis duyğulardan təmizləməsə, əlbəttə ki, Allah bura öz lütf və mərhəmət nəzərini salmaz. Çünki Allah pak və gözəldir, paklığı və gözəlliyi, pakları və gözəlləri sevir.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 1947
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook