İslam
böyüklərindən olan Bəyazid Bistami bir gecə yatıb qalır,sübh namazını
qıla bilmir.Oyananda artıq günəş çıxmışdı.O qədər iztirab çəkir ki,nə
edəcəyini bilmir.Ağlayır,fəryad edir.«Allahım,qəflətə düşdüm,məni əfv
et!»-deyib sızıldayır.Peyğəmbərimizin «Kim bir namazını qaçırsa,bütün
var-dövləti,oğul-uşağı əlindən alınmış kimidir»hədisini xatırladıqca
əzabı daha da artır. Bir az keçmiş namazın qəzasını qılır.Sonra başını
səcdəyə qoyub Allahdan bağışlanma diləyir.Bu zaman bir səs eşidir: -Ey
Bəyazid,bu günahın bağışlandı.Bu peşmançılıq və ağlamağına da yetmiş min
nafilə namazı qədər savab yazıldı. Bu eşitdiklərindən ürəyinə su
səpildi.Aradan bir neçə ay keçdi.Bir sabah namazı yenə az qala yatıb
qalacaqdı.Ancaq bu dəfə namaz vaxtının bitməsinə bir az qalmış şeytan
onu oyatdı: Qalxnamazın vaxtı çıxır,-dedi. Bəyazid onun şeytan olduğunu
başa düşüb: -Ay lənətlənmiş,sən heç vaxt belə eləməzdin.Hər kəsin
namazının keçməsini,qəzaya qalmasını istəyərdin,necə oldu ki,məni
oyatdın?-dedi. Şeytan: -Bir neçə ay əvvəl bir namazı keçirdiyinə görə o
qədər peşman oldun,ağlayıb fəryad etdin ,inlədin ki,nəinki günahın
bağışlandı,hətta yetmiş min namaz savabı da aldın.Ona görə də təkcə bu
namazın savabını alasan deyə səni yuxudan oyatdım.