Həyat Allahın sənə ən böyük hədiyyəsidir!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 805
Səs ver:
(səs: 0)
Həyat ALLAH’ın sənə ən böyük hədiyyəsidi.. Xoşbəxtlik də onun ən maraqlı hissəsi.. Xoşbəxtlik hər şeyin yolunda getməsi demək deyil xoşbəxtlik yolunda getməyənlərdən başqa ətrafında baş verənləri də görə bilməkdir.. Xoşbəxtlik sevgilisi üçün darıxan qızın pəncərənin qabağında bütün gecəni yağışa baxaraq göz yaşı axıtması qədər təbii olmalıdı axı.. Xoşbəxtlik sevgidir bəlkə.. Bəzən ən yaxın və isti bəzən ən uzaq ve soyuq hiss.. Sevgi.. insanı həm dünyanın ən xoşbəxt insanı edir, həm də ən bədbəxt... 
Ya da yaşamaq istəyini əlindən alan sevgi.. Sevgi və xoşbəxtliyin harmoniyasını axtarmaq lazım deyil.. Əldə etmək üçün də heçnə etmə.. O özü səni tapacax.. Həyatı öz axarına burax.. Əgər suların səviyyəsi yüksəkdirsə balıqlar qurdları yeyir.. Suların səviyyəsi azaldıqda isə qurdlar quruda qalan balıqları yeyir.. Bugünkü gücsüzlüyünə görə ALLAH'dan ümidini üzmə.. çünki "suyun axışını" O müəyyən edir.. Əgər hələ də həyatında dəyişiklik etməyə qorxursansa sən dünyadakı ən gücsüz canlısan.. Sənə öyrədilənləri unut.. İnsanlar onlara deyilənlərlə yox öz əziyyətləri ilə öyrənirlər.. Güclü ol.. Sənin şüurun var.. 
Xoşbəxtlik sənin bir addımlığındadır.. Dünən atmadınsa o addımı ümidini üzmə.. Çünki ALLAH bugünü sənə yeni bir şans olaraq verdi.. Sabah ? Bəlkə sabah olmadı heç.. Bir də fikirləş dostum! Qatar yollarında oturub gatarın gəlməsini gözləmisən heç ? Küçədən keçən hər hansı bir insanın arxasınca düşüb bütün gün izləmisən heç onu ? Həyatda ən nifrət elədiyin adamın üzünə qışqırıb ürəkdən bir dənə şillə vurub nifrətini bildirmisən heç ona ? Axrıncı dəfə ananın əlindən öpüb ona olan sevgini nə vaxt demisən? Axrıncı dəfə sevgilinə bir gül alıb onu sözlə başa sala bilməyəcəyin qədər çox sevdiyini nə vaxt demisən bəs hə? Bəlkə elə bugün başlayasan.. Yox bugün gecdi.. elə indi..!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 805
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri