Quran-i Kərim öyrənək (2-ci dərs)

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 5 981
Səs ver:
(səs: 1)
ƏLİF hərfi

İkinci dərs

Bu hərf sərbəst heç bir səs ifadə etmir gələcəkdə keçəcəyimiz hərəkələr sayəsində : ə, a , i , ı , u səslərini ifadə edir. Bu hərf özündən sonra gələn hərfə birləşmir . Buna görə də "sözün əvvəlində" gələn əlif özündən sonrakı hərfə birləşməyəcəyinə görə "sərbəst" şəkildə necə idisə o şəkildə də formasını saxlayır. Bu hərf özündən əvvəlki hərfə birləşərkən sərbəst formadakı şəklinin əvvəlinə bir xətt artırılır. Şəkildə gördüyünüz "ortada" və "sonda" gələn şəklində olduğu kimi...Ərəb hərfləri sağdan sola doğru yazıldığına görə əlif hərfinin "ortada" və "sonda" gələn şəkillərini yazarkən öncə əvvəlki hərfə birləşdirici xəttdən başlayıb yazmaq lazımdır. Əlinizi bu şəkildə yazmağa alışdırın. Belə olduqda xəttiniz səliqəli olacaq və rahat bir şəkildə yazmış olacaqsınız. İlk başlanğıcda əllər vərdiş eləmədiyi üçün çətinlik törədə bilər ancaq qısa zamanda alışacaqsınız...
Qeyd : Ümumiyyətlə "Özündən sonrakı hərfə birləşməyən" hərflərin "Sərbəst" və "əvvəldə" gələn şəkli ilə "Ortada" və "Sonda" gələn şəkilləri eyni olur.
 

BƏ hərfi
İkinci dərs
Bu hərf "B" səsini verir. Özündən sonrakı hərfə də birləşir. Əvvəlki dərslərimizdə bu hərfin "Sərbəst" şəklini keçmişdik odur ki , yuxarıda sağdan birinci şəkil sizə tanış gəlməlidir. Bu "sərbəst" formasıdır . "Başda" gələn yəni "əvvəl" də gələn şəkli isə "sərbəst" formasının yarıya qədər ki , qismini xatırladır. Bu hərfi yazmağa başlarkən yuxarı baxan hissəsindən başlayaraq yazmaq lazımdır. Nöqtə isə gördüyünüz kimi yuxarı baxan qismlə sətirin üzərinə yazılmış hissəsinin birləşdiyi nöqtənin altına qoyulur. Nöqtə sətirdən aşağıda olmalıdır. Bu hərfin "ortada" gələn formasını yazmaq üçün "əvvəldə" gələn şəklinin önünə "birləşdirici" xətt artırılır. Sonda gələn şəklidə eyni "Sərbəst" formanın əvvəlinə "birləşdirici" xətt artırmaqla yazılır. Şəkildə bu açıq-aydın görsənir. Bir qədər sonra isə bu formaların tətbiqini müxtəlif cür hərf birləşmələri yazmaqla görəcəyik.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 981
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri