Məsumlarımızdan hədislər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 491
Səs ver:
(səs: 5)
Həzrət Məhəmməd (s): "Sədəqə verməklə mal azalmaz."

Həzrət Məhəmməd (s): "Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə,yoxsul olmaz".

Xanım Fatimeyi Zəhra (s.ə): "Sizin ən yaxşılarınız - İnsanlarla ən mülayim,öz həyat yoldaşı ilə ən mehriban rəftar edəninizdir".

Imam Əli (ə)buyurur: "And olsun Allaha,mən bir dəfə də olsun Fatiməni qəzəbləndirəcək bir söz söyləmədim, Fatimə də bir dəfə də olsun məni Qəzəbləndirmədi".

Imam Baqir (ə) buyurur: "Əlinə fürsət düşəndə səhlənkarlıq etmə. Sənə zülm etmirşlərsə də,sən zülm etmə."

Həzrət Məhəmməd(s): "Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir".

Həzrət Məhəmməd(s): "Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər".

Həzrət Məhəmməd (s): "Allah-teala,bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər."

Imam Sadiq(ə) buyurur: "Kim zülm etsə, ya canına, ya malına, ya da övladlarına zərər dəyər".

Imam Həsən(ə): "Oğlum,bir şəxsi yaxşı tanımamış, Onunla dostluq etmə".

Imam Həsən (ə) buyurur: "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy".

Həzrət Məhəmməd (s) buyurur: "Mömini şad edən məni şad etmiş, məni şad edən isə Allahı şad etmişdir".

Imam Baqir (s)buyurur: "Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır."

Imam Əli (s) buyurur: "Hər kəsin yeməyi az olsa, xəstəliyi də az olar."
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 5 491
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri