Cehiz məsələsində mənəvi və İlahi örnək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 038
Səs ver:
(səs: 2)
Əllamə Məclisi çox dəyərli «Biharül-ənvar» kitabında həzrət Fatimənin (s) keçdiyi həyat yolunu şərh edərkən, imam Sadiqdən (ə) belə bir rəvayət nəql edir: «Əli (ə) maddi həyatda bir iki dəst geyim, bir dəvə, bir qılınc və bir zirehdən qeyri bir şeyə malik deyildi. O gündəlik xərcini digərlərinin əkin sahəsində, bağında işləməklə tə᾽min edirdi. Yaradılış qadınlarının xanımına elçilik etdikdə, həzrət Peyğəmbər (s) buyurdu: «Get zirehini sat».
Əmirəl-mö´minin bu hadisəni belə nəql edir (ə): «Zirehi satdım və pulunu Allah elçisinin qarşısına qoydum. Nə o miqdarını soruşdu, nə də mən miqdarını dedim. Pullardan bir ovuc götürüb Bilala verdi və «Bu pula qızım üçün ətir al»-deyə tapşırdı. Bir hissəsini Əbu Bəkrə verib «Libas və ev əşyaları al»-deyə buyurdu. Əmmar və digər səhabələrə isə libas və ev əşyaları almaqda ona kömək etmələrini tapşırdı. Alınanlar aşağıdakılardan ibarət idi:
1. Köynək: 7 dirhəm; 2. Baş örtüyü: 14 dirhəm; 3. Qara xeybəri çadırı; 4. Bir top ip; 5. Üzlüyü Misir kətanı, içi isə xurma lifi və qoyun yunundan olan iki dəst döşək; 6. Üzü Taif dabağı, içi isə quru bitkidən olan dörd balış; 7. Bir ədəd (yundan toxunmuş) pərdə; 8. Bir ədəd həsir; 9. Əl dəyirmanı; 10. Bir ədəd su məşki (tuluğu); 11. Bir ədəd su dolçası; 12. Bir ədəd aftafa; 13. Bir ədəd su və qida maddələri saxlamaq üçün yaşıl rəngli saxsı qab; 14. Bir neçə saxsı səhəng; 15. Bir ədəd mis teşt; 16. Bir ədəd böyük kasa.
Bütün ləvazimatlar hazırlandıqdan sonra Rəsulullahın (s) yanına gətirdilər. O Həzrət (s) əşyalara baxıb buyurdu: «Allah Əhli-beyt (ə) üçün mübarək etsin». (Bihar, 43-cü cild, səh. 111-112.)
O ilahi insan (Əllamə Məclisi) sonra belə yazır: «Bu əşyalar elə bir qızın cehizi idi ki, atasının iqtidar və nüfuzu təsəvvürolunmazdır. Belə ki, tərəfdarları ona qızıl-gümüş əvəzinə can bağışlayırdılar. Amma o, nə kürəkənini borc qəm-qüssəsinə saldı, nə miskin, yetim və ümumi məsləhətlər üçün xərclənməli olan beytül-maldan yersiz bəzək-düzək və özünü göstərmək üçün istifadə etdi, nə də izdivac mərasimini ağır xərclər bahasına başa gələn şəkildə keçirdi. O, bu dahiyanə addımı ilə tarix boyunca digərlərinə özlərini əziyyətə, qəm-qüssəyə salmamaq üçün örnək oldu».
Ən başlıcası isə, bu qohumluq və bağlılığa hakim olan, onu əhatə edən səmimiyyət elə bir səviyyəyə çatmış idi ki, qızına cehiz vermək istədikdə özünü aciz görən ata, öz kürəkəninə zirehini satmaq təklifini edir və onun pulu ilə cehiz, sadə ev əşyaları alır və bu işi heç bir vəchlə onu alçaldacaq bir iş hesab etmir. Kərəm sahibi kürəkənə gəlincə, o da bu səmimiyyətin ən yüksək mərhələsində idi. Buna görə də «Qızın cehizi atanın öhdəsinə düşür» sözünü dilinə gətirmir və onu ilahi və pak ürəyindən belə keçirmir.
Bu izdivacın nəticəsi, məhsulu on bir mə᾽sum imam və o gündən bu günə qədər dünyaya bir nur kimi saçmış minlərlə fəqih, alim, həkim, şair, arif, Haqq aşiqi, mərceyi-təqlid və mö᾽min insanlardır. Bu izdivacın dünya yarandığı gündən bəri heç bir bənzəri olmamışdır.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 038
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri