Qeydiyyat
Şifrənin bərpası
Ana səhifə
Təqdimat
DADLI.Az
Reklam
Mobil
Qadınla.Com
Qadınla.Com həyatı
Doğum günləri
Layihələr
Yarışmalar
Təqdimat
Müzakirələr
Azərbaycanım
Moda/Trend
Geyimlər
Ziyafət dəbi
Çimərlik dəbi
Gecəliklər
Çanta - Ayaqqabı
Aksesuarlar
Gözəllik
Gözəllik sirləri
Estetik gözəllik
Üz və Bədənə qulluq
Manikür və pedikür
Makiyaj
Saçlara qulluq
Parfümeriya
Sağlamlıq
Pəhriz (diet)
Fitnes klubu
Kökəlmə sirləri
Qidalanma qaydaları
Faydalı bitkilər
Psixologiya
Xalq təbabəti
Xəstəliklər
Qadın xəstəlikləri
Doğuş/Keysəriyyə
Cinsəl sağlamlıq
Sonsuzluq
Ana - Körpə
Hamiləlik və Doğuş
Körpəyə qulluq
Uşaqları tərbiyə
Valideynə məsləhət
Psixologiya
Mətbəx
Salatlar
Duru yeməklər
Quru yeməklər
Şirniyyat - Tortlar
Dünya mətbəxi
İçkilər
Qışa hazırlıq
15.000 resept
Сəmiyyət
Qadın dünyası
Qadın və Din
Kariyera və İş həyatı
Qadın hüquqları
Tarixdə iz qoyanlar
Oxucu məktubu
Münasibətlər
Sevgi dünyası
Evlilik
Adət-ənənələr
Gəlin-qaynana
Cinsi münasibət
Xəyanət
Kişilər
Həyatımız
Faydalı məsləhətlər
Toxuma və Əl işləri
Dekorasiya
Maraqlı
Karikatura
Heyvanlar
Hekayələr
Şeirlər
Şəkillər
Qadın testləri
Videolar
Dərslər
Bürclər
Bürc xəbərləri
Gündəlik bürclər
Həftəlik bürclər
Aylıq bürclər
İllik bürclər
Fala bax
Rəng falı
Ağac falı
Rəqəm falı
Əl falı
Mələk Kartları çək
Kişilərə təsir etmək
Quranın azəricə tərcüməsi - Əd duxan surəsi
Tarix:
23-10-2015, 01:45
Müəllif:
my_angel
Şərhlər:
1
Baxılıb:
4 342
Bölmə:
Qadın və Cəmiyyət
/
Qadın və Din
Səs ver:
0
1
2
3
4
5
(səs:
0
)
"Tüstü (əd duxan)" surəsi, 59 ayə,
Məkkədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Ha. Mim.
2. And olsun bu aydın Kitaba!
3. Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq.
4. Hər bir hikmətli iş o gecədə ayırd edilir –
5. dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk –
6. sənin Rəbbinin mərhəməti kimi. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.
7. Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir.
8. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir.
9. Lakin onlar şəkkə qapılıb əylənirlər.
10. Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.
11. O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır.
12. Onlar: "Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək"– deyəcəklər.
13. Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də,
14. onlar ondan üz çevirib: "Öyrədilmiş bir dəlidir!"– dedilər.
15. Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız.
16. Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq.
17. Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.
18. O dedi: "Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm.
19. Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm.
20. Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram.
21. Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!"
22. Sonra o, Rəbbinə yalvarıb dedi: "Həqiqətən, bunlar günahkar adamlardır!"
23. Allah dedi: "Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız.
24. Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!"
25. Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;
26. Habelə əkinlər, möhtəşəm yerlər
27. və içində həzz aldıqları nemətləri də qoyub getdilər.
28. Bax belə! Biz o nemətlərə başqalarını varis etdik.
29. Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi.
30. Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –
31. Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi.
32. Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.
33. Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.
34. Bunlar mütləq deyəcəklər:
35. "Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik.
36. Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!"
37. Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.
38. Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq.
39. Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir.
40. Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.
41. O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir.
42. Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.
43. Həqiqətən, zəqqum ağacı
44. günahkar adamın yeməyidir.
45. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –
46. qaynar su qaynayan kimi.
47. Onu tutub Cəhənnəmin ortasına sürüyün!
48. Sonra əzab vermək üçün başına qaynar su tökün!
49. Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin.
50. Sizin şübhə etdiyiniz əzab budur!
51. Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –
52. bağçalarda və çeşmələr başında olacaqlar!
53. Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.
54. Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik.
55. Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.
56. Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur –
57. sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur.
58. Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər.
59. Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.
0
1
2
3
4
5
(səs:
0
)
23-10-2015, 01:45
my_angel
Şərhlər:
1
Baxılıb: 4 342
Geriyə
Əl-Əraf (Sədd surəsi)
Quranın azəricə tərcüməsi - Əl ənam surəsi
Quranın azəricə tərcüməsi - Əl əraf surəsi
Quranın azəricə tərcüməsi - Əl Maidə surəsi
Şərh yaz
Hörmətli Qonaq,
saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün
QEYDİYYATDAN
keçməyiniz lazımdır.
İnformasiya
Qonaq
qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Müzakirələr
HAMISI
Niyə gənclər xaricdə təhsil istəyir? - Həftənin müzakirəsi
Hazırlıqsız universitetə qəbul olmaq mümkündürmü? - Həftənin müzakirəsi
Distant (onlayn) təhsil - Həftənin müzakirəsi
Bürclərlə BİZ
HAMISI
Bu bürclər 2023-cü ildə varlanacaq
Aylıq Bürclər - 2023 Bürclər YANVAR ayında nə vəd verir?
Gündəlik Bürclər 02.01.2023 (02 YANVAR 2023 Günlük Bürclər)
Bürclər haqqında (Hissə 10)
Xəbər lenti
HAMISI
Bu bürclər 2023-cü ildə varlanacaq
Gündəlik Bürclər 02.01.2023 (02 YANVAR 2023 Günlük Bürclər)
Zehni və yaddaşı artıran qidalar
Pəhriz zamanı qidalar isti, yoxsa soyuq yeyilməlidir?
Depressiyadan qaçmaq üçün sadə metod
Artıq çəkidən xilas olmağın daha bir üsulu tapılıb
Yaşınızdan qat-qat cavan görünmək üçün nə etməli?- QAYDALAR
İsti havada başağrısının səbəbləri nələrdir?
Saçları canlandıracaq iki önəmli maska
Daim su içmək istəyiriksə, zəhərlənmişik?
Yapon qadınlarının 4 gözəllik sirri
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
Güclü tərləmə və onun müalicəsi
Disqamiya – məcburi cinsi yaxınlıq
İnsanlar arasındakı sevgi münasibətlərinə hansı faktorlar mane olur?
Bu maskanı bir həftə etsəniz dərininz inanılmaz olacaq
Yalnız bu məhsullardan imtina edin və arıqlayın. Mütəxəssis TÖVSİYƏ EDİR
Hansı qan qrupunda İNFARKT riski daha yüksəkdir?
Fəsil dəyişəndə saçlarınız tökülür, dəriniz quruyur? - Diqqətlə OXUYUN
İntiqam almaq? Əfv etmək?
Astrologiya
HAMISI
Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar
Qadın testləri
HAMISI
Birini seçin-Psixoloji Test
Siz nə gördünüz?-Psixoloji test
Şəkilə baxdıqda ilk nə gördünüz?-Psixoloji test