İmam Əlinin dğum tarixi və yeri

Müəllif: heyatim_menim
Şərhlər: 6
Baxılıb: 2 343
Səs ver:
(səs: 2)
• Əbu Həmzə Sumalidən belə nəql edilmişdir: İmam Zeynü'l-Abidinin (A.Ş) belə buyurduğunu eşitdim: "Fatimə bint-i Əsəd (r.ə), təvaf halında olduğu bir sırada doğum sancısı tutdu. Ardından Kəbənin içərisinə girərək Hz. Emiru'l-Müminin'i (A.Ş) orada dünyaya gətirdi. "[1]
• Attâb b. Üseyd'in belə dediyi rəvayət edilmişdir: "Hz. Emiru'l-Möminin Əli b. Əbi Talib (A.Ş), bi'sətdən on iki il əvvəl, Rəcəb ayının on üçüncü gecəsi, Cümə günü, Məkkədə Beytullah'il-Haramda dünyaya gəldi. Rəsulullah (s.a.a) o sırada 28 yaşında idi. "[2]
• Hz. Əli (A.Ş) Fil-ci ildən 30 il keçdiyi bir sırada Allahın xalis ayı Receb'in on üçündə, Məkkədə Beytullah'il-Haramın (Kəbənin) içində dünyaya gəldi. Beytullah'il-Haramda nə ondan əvvəl, nə də sonra başqa heç bir kimsə dünyaya gəlməmişdir. Allah-u Təala onu ucaltmaq, rütbəsini yüksəltmək və kəramətini aşkar etmək üçün bu fəziləti yalnız ona xas etmişdir. "[3]
• Yenə belə rəvayət edilmişdir: "Rəsulullahın (s.a.a) qəyyumu və onun xəlifəsi olan, ədalətli İmam, mürşid olan seyyid, ən böyük sıddık, Vasim əfəndisi və muvahhidlerin İmâmı, Əbul-Həsən Emiru'l-Möminin Əli b. Əbi Talib b. Abdul-Muttalib b. Haşim b. Abd-i Mənaf (A.Ş), Məkkədə Beytül-Haramın içində, Fil-ci ildən 30 il sonra, Rəcəb ayının 13. gecəsində, Cümə günü dünyaya gəldi. Anası Fatimə bint-i Əsəd b. Haşim b. Abd-i Menâf'dır. O (Hz. Əli) Haşimilər ilk iman edən kimsədir. "[4]
------
[1] - Ravzatü'l-Vaizin, c.1, s.81.
[2] - Biharul- ənvar, c.35, s.7.
[3] - Kəşfül-Ğumme, c.1, s.59, İrşâdü'l-Qulub, s.211, İlam əl-vera, s.159, Kəşfül-Yəqin, s.17 ( cüzi fərqlə); Emiru'l-Möminin Əli (as) 'ın Kəbədə dünyaya gəldiyi ilə əlaqədar nəqlləri bir çox mötəbər sünni yerdən da tapmaq mümkündür. Biz yalnız bir neçəsinə toxunmaqla kifayətlənirik: Müstedrekü's-Sahihayn (Hakim Nişaburi), c.3, s.483; Nuru'l-əbsar (Şeblenci), s.76; əl-Fusûlu'l-Mühimme, (İbn Sabbağ Maliki), s.12; Kifayət-ut Talib (gənc Şafi), S.406; Üsdü'l-Ğabə (İbn Abdurab-bih), c.4, s.31; es-Sîretu'l-Halebiyye, c.1, s.139; Tezkiretu'l-havassı, s.10; Mənaqib-u Ali b. Əbi Talib (İbn Meğazili), s.7.
[4] - Ravzatü'l-Vaizin, c.1, s.76; Əl-İrşad, Şeyx Müfid, s.9 (az bir fərqlə)
------
Əli Rza Sabirî'nin "1001 Hadis Işığında İmam Əli" kitabından alıntıdır.
Səhifə: 21
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 343
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri