Bu gün Xanım Fatimeyi Zəhranın (s.ə) mövludu günüdür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 9 010
Səs ver:
(səs: 4)
Hicri təqvimlə cəmadiüs-sani ayının 20-si (bu il 30 mart) dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günüdür. Həmin gün İslam aləmində Qadınlar bayramı kimi də qeyd edilir. 
 
Xanım Fatimənin (s.ə) dünyaya gəldiyi gün İslam aləmində ən əlamətdar günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyi o səviyyədədir ki, Allah-taala xanım Fatimənin (s.ə) dünyaya gəlişi münasibətilə Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-kərimin «Kövsər» surəsini əta edir.Öz qısa, lakin mənalı həyatı ilə xanım Fatimeyi-Zəhra (s.ə) hər dövrdən olan iman əhlinə, gələcək nəsillərə, ümumilikdə bəşəriyyətə ibrət dolu bir irs qoyur.
 
Tərbiyə etdiyi İmam Həsən və İmam Hüseyn, xanım Zeynəb və Ümmü Gülsüm kimi övladları, xanım Zəhranın (s.ə) ilahi kamillik yolunun nümunələrindəndir. 
 
Allah-təala insanları bu Xanıma xatir yaratdı. Arzumuz budur ki, insanlar və xüsusən xanımlar bu Xanımı tanısınlar və onun yolu ilə getsinlər ki, özləri nahəyət bir dərəcəyə yetişə bilsinlər.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 9 010
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri