Uca
Allah müsəlmanlara savab qazanmaq üçün müxtəlif yollar bildirmişdir.
Müsəlman tək əməlləri ilə yox, dili ilə tələffüz olunan sözlərlə də
Allahın razılığını qazana bilər. Allahın razılığını qazandıran sözlərə
Onu zikr etmək də daxildir.
Zikrlər müxtəlifdir, bunlardan biri olan "Subhən-Allahi və bihəmdihi”
(Allah pak və müqəddəsdir! Ona həmd olsun!) zikri haqda olan hədislərdən
bəziləri bunlardır:
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Allah üçün
ən sevimli kəlməni sənə bildirim?” Mən dedim: "Ey Allahın Elçisi, Allaha
ən sevimli kəlməni mənə bildir!”
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: "Allaha ən
sevimli kəlmə: "Subhən-Allahi və bihəmdihi”- (kəlməsidir)”. (Muslim,
7102).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Həqiqətən,
Allaha ən sevimli kəlmə qulun "Subhən-Allahi və bihəmdihi”- deməsidir”.
(İmam Əhməd, 20459).
Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) soruşdular: "Hansı
kəlmə ən fəzilətlidir?” O buyurdu: "Allahın mələkləri və qulları üçün
seçdiyi: "Subhən-Allahi və bihəmdihi”- kəlməsidir”. (Muslim, 2731).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim gün
ərzində yüz dəfə: "Subhən-Allahi və bihəmdihi”- deyərsə, günahları
dəniz köpüyü qədər olsa belə silinər”. (əl-Buxari, 6405).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim gecə
qalxmağa çətinlik çəkər, malı xərcləməyə xəsislik edər və ya düşmənlə
vuruşmaqdan qorxarsa, "Subhən-Allahi və bihəmdihi”- deməyi çoxaltsın.
Şübhəsiz ki, bu kəlmə Uca Allaha Onun yolunda dağ boyda qızılı
xərcləməkdən daha sevimlidir”. (ət-Tabərani "Mucəmul-Kəbir” 7800).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Kim səhər
və axşam yüz dəfə: "Subhən-Allahi və bihəmdihi”- deyərsə, Qiyamət
günü onun dediyi kimi və ya ondan daha çox söyləyəndən başqa heç kəs
onun gətirdiyindən daha fəzilətli bir şey gətirə bilməz”. (Muslim, 4858)