Ənəs
b. Məlik - radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu
aleyhi və səlləm -in möhürü gümüşdən düzəldilmişdi. Üzüyün qaşı isə
Həbəşistana aid bir daş idi. Yəni Yəmən Əqiqi idi. (Başqa rəvayətdə:
Üzüyün daşı da gümüşdən idi. Onunla məktublara möhür vurardı. Möhürü
barmağına taxmazdı. Üç sətir yazı yazılmışdır.
1 - MUHƏMMƏD, 2 - RƏSUL, 3 –ALLAH - MUHƏMMƏDUR RƏSULULLAH. Başqa
rəvayətdə: LƏ İLƏHƏ İLLƏLLAH -MUHƏMMƏDUR RƏSULULLAH. Başqa rəvayətdə:
BİSMİLLƏH, MUHƏMMƏDUR RƏSULULLAH kəlimələri yazılmışdı)1. İbn Ömər -
radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və
səlləm - gümüşdən üzük düzəltdirmiş və mübarək barmaqlarına taxmışdı.
Sonra Əbu Bəkr və Ömər - radıyallahu anhum - da barmaqlarına taxmışlar.
Daha sonra Əris quyusuna düşənə qədər Osman - radıyallahu anhu -nun
barmağında idi (Başqa rəvayətdə: Sağ əlinin barmaqlarına taxardı.
Şəhadət barmağı ilə orta barmağa taxmağı qadağan etmişdi)2. Cabir -
radıyallahu anhu - rəvayət edir ki: «Mən Peyğəmbər - sallallahu aleyhi
və səlləm -in iki çiyni arasındakı Peyğəmbərlik möhürünü gördüm.
Göyərçin yumurtası kimi qırmızıya çalırdı (Başqa rəvayətdə: Sol kürək
sümüyünün üstündə idi)»3.