HZ.Fatimə (s.ə)-ın Ailə həyatı

Müəllif: heyatim_menim
Şərhlər: 3
Baxılıb: 2 115
Səs ver:
(səs: 1)
Fatimə yemək və geyimdə ən aza qənaət edər və özünə çətinlik çəkdirərdi. Ev işlərini də kimsənin öhdəsinə qoymazdı. Su daşımaqdan, ev süpürməyə, qarğıdalı və ya buğda üyüdməkdən, uşaq baxmağa, hamısını özü edərdi. Bəzən tək əliylə dəyirmanı çəkər, buğda və ya qarğıdalı üyüdər və digər əli ilə körpəni yatırardı. İbn Səd öz sənədilə Əlidən belə nəql edir: "Zəhranı xanımım olaraq alanda döşəməmiz qoyun dərisindən idi, gecələr onun üzərində yatır, gündüzlər su daşıyan dəvəmizə onun üzərində ot verirdik və bu dəvədən başqa bir köməkçimiz yox idi." Əli Bəni-Səddən bir adama belə deyir: "Fatimə və öz haqqımda sənə bir hekayə danışmağımı istəyərsənmi? : "Fatimə atasının gözündə ən sevimli adam idi. O, mənim evimdə su qabı ilə o qədər çox su daşıdı ki, qabın ipi sinəsində yer tutmuşdu. O qədər çox əl dəyirmanı ilə bir şeylər üyüddü ki, əllərinin içi döyənək bağladı. Evi o qədər çox süpürdü ki, örtüyü torpaq rəngini aldı." Rəvayətlərdə nəql olunana görə, Məhəmməd Fatimə və Əlinin evinə gələr, onlara sevgi göstərər və tez-tez təriflər edərdi. Bir gün Fatimədən "yoldaşın necədi?" deyə soruşur. Fatimə belə cavab verir: "Ən üstün həyat yoldaşıdır." Daha sonra Əliyə Fatiməni, Fatiməyə də Əlini qoruyub himayə etməsini nəsihət edir. Əli belə buyurur: "Allaha and olsun ki, o gündən Fatimə həyatda olduğu son günə qədər onu hirsləndirəcək heç bir iş görməmişəm və heç bir şeyə onu məcbur etməmişəm. O da heç vaxt məni qəzəbləndirmədi və heç bir şeydə itaətsizlik etmədi. Həqiqətən nə vaxt ona baxsam kədər və qəmim dəf olar, gedərdi. Fatimə Əli ilə ailə həyatında evin işlərini görür, yemək və çörək hazırlayırdı. Əli isə ev xaricindəki işləri görər, yaşayış tələblərini yerinə yetirirdi.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 115
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri