ALLAHın sevdiyi kəlmə

Müəllif: heyatim_menim
Şərhlər: 6
Baxılıb: 5 163
Səs ver:
(səs: 3)
Uca Allah müsəlmanlara savab qazanmaq üçün müxtəlif yollar bildirmişdir. Müsəlman tək əməlləri ilə yox, dili ilə tələffüz olunan sözlərlə də Allahın razılığını qazana bilər. Allahın razılığını qazandıran sözlərə Onu zikr etmək də daxildir. Zikrlər müxtəlifdir, bunlardan biri olan “Subhən-Allahi və bihəmdihi” (Allah pak və müqəddəsdir! Ona həmd olsun!) zikri haqda olan hədislərdən bəziləri bunlardır:
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Allah üçün ən sevimli kəlməni sənə bildirim?” Mən dedim: “Ey Allahın Elçisi, Allaha ən sevimli kəlməni mənə bildir!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Allaha ən sevimli kəlmə: “Subhən-Allahi və bihəmdihi”- (kəlməsidir)”. (Muslim, 7102).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Həqiqətən, Allaha ən sevimli kəlmə qulun “Subhən-Allahi və bihəmdihi”- deməsidir”. (İmam Əhməd, 20459).
Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) soruşdular: “Hansı kəlmə ən fəzilətlidir?” O buyurdu: “Allahın mələkləri və qulları üçün seçdiyi: “Subhən-Allahi və bihəmdihi”- kəlməsidir”. (Muslim, 2731).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Kim gün ərzində yüz dəfə: “Subhən-Allahi və bihəmdihi”- deyər­sə, günah­ları dəniz köpüyü qədər olsa belə silinər”. (əl-Buxari, 6405).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Kim gecə qalx­ma­ğa çətinlik çəkər, malı xərcləməyə xəsislik edər və ya düşmənlə vuruşmaq­dan qorxarsa, “Subhən-Allahi və bihəmdihi”- demə­yi çoxaltsın. Şübhəsiz ki, bu kəlmə Uca Allaha Onun yolunda dağ boy­da qızılı xərclə­məkdən daha sevimlidir”. (ət-Tabərani “Mucəmul-Kəbir” 7800).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Kim səhər və axşam yüz dəfə: “Subhən-Allahi və bihəmdihi”- de­yər­­sə, Qiyamət günü onun dediyi kimi və ya ondan daha çox söylə­yəndən başqa heç kəs onun gətirdiyindən daha fəzilətli bir şey gətirə bilməz”. (Muslim, 4858)
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 5 163
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri