Mələklər gülüb-ağlayırmı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 11
Baxılıb: 3 272
Səs ver:
(səs: 0)
Peyğəmbər (s) Cəbraildən soruşdu: "Məlkəklər də gülüb-ağlayırlarmı?” Dedi: "Bəli. Üç nəfərə təccüblənib gülürlər və üç nəfərə də mərhəmət və ürəyiyananlıq edib ağlayırlar.

Mələklərin güldükləri kəslər bunlardır:
1. Bütün gün ərzində pis-pis danışır, axşam olanda da elə ki, işa namazını qılır, yenə boş-boş və lazımsız söhbətlərə başlayır. Bu zaman mələklər ona gülüb deyirlər: "Ey xəbərsiz! Səhərdən axşama qədər boş və puç danışıqdan doymadın, indi doyacaqsan?!”
2. Əlinə bel və külüng götürüb torpağını şumlamaqdan ötrü öz tarlasına gedən tamahkar kəndlidir. O, öz payını artırmaq məqsədilə qonşu tarla ilə öz tarlasını ayıran torpaq sahəsini də belləyib öz sahəsinə qatmaq istəyərkən mələklər ona gülüb deyərlər: "Bu genişlikdə torpaqdan gözün doymadı, bu kiçik hissədən doyacaq?!”
3. Özünü naməhrəm kişilərdən örtməyən qadın ölən zaman onu kəfənə büküb qaranlıq və gözlərdən gizlin olan yerə – qəbirə qoyarlar, mələklər gülüb deyərlər: "Rəğbətə səbəb olduğu zaman onu gizlətmirdiniz, indi gizlədirsiniz?! Halbuki, indi ona yalnız nifrət və ikrah olunar”.

Mələklərin ağladıqları kəlsər isə bunlardır:
1. Elm ardınca gedərkən yolda ölən qərib.
2. Övladları olmayan və ömürləri boyu övlad həsrəti ilə yaşayan yaşlı kişi və qadındır. Elə ki, yaşlı çağlarında övladları olar, onlar sevinər ki, bu yaşımızda bizim xidmətimizdə durar, öləndən sonra da bizi dəfn edər. Ancaq həmin övladları ata-anasından qabaq vəfat edər. Mələklər ata-anadan qabaq həmin övladın halına ağlayarlar.
3. Gecənin bir aləmi oyanıb (yuxulu olduğu üçün) anasının yoxluğundan xəbəri olmayan, ağlayaraq onun dalınca getmək istəyən yetimdir. O, ağlayan zaman dayə onun üstünə acıqlanıb deyər: "Niyə ağlayırsan?!” Bu an anasının olmamağı uşağın yadına düşər və ümidsiz halda susar. Həmin vaxt mələklər onun qəribliyinə ağlayarlar.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3 272
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri