Anasına Oxşayan Oğlanların 10 Üstün Cəhəti

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 559
Paylaş:
Səs ver:
(səs: 0)
“Yaxşı oğul dayısına oxşayar”, “Atasının oğlu” və sair kimi xalq arasında məşhur ifadələrin əksinə olaraq, biz anasına oxşayan oğlanların üstün xüsusiyyətlərəsahib olduqlarını gözardı edilməsinə razı olmuruq. Onlar sanki hər iki tərəfin balansıdırlar, yeri gəldikdə müxtəlif məsələlərin həllinə fərqli münasibət də göstərə bilirlər. Atasına oxşayan oğlanların xətrinə dəyməyəcəyimizə ümid edərək, bu gün məhz anasına oxşayan oğlanların üstün cəhətlərini sadalayacağıq. Əlavələrinizi şərhlər bölməsində bizimlə bölüşməyi unutmayın!

Beləliklə, anasına oxşayan oğlanların üstün cəhətləri:

1. Həssas olurlar, hər hansı bir hadisəyə münasibət göstərdikdə, təkcə doğru və yalanları deyil, həm də insanların hisslərini nəzərə ala bilirlər.

2. Mətbəx adı çəkiləndə onlar heç də qorxuya düşmür. Vaxtaşırı qollarını çırmalayıb, əla yeməklər bişirməyi də bacarırlar.

3. Ailəcanlı olurlar. Onlar üçün ailə hər şeydən önəmlidir.

4. Uşaqlar onları çox sevir. Əslində bu sevgi də qarşılıqlıdır. Anasına oxşayan oğlanlar da uşaqlara qarşı xüsusi sevgi hiss edirlər.

5. Dinləmək bacarıqları yüksək dərəcədə inkişaf edib. Onlara ehtiyacınız olduğu zaman saatlarla bir söz demədən sizə qulaq asa bilərlər.

6. Kömək etmək üçün əllərindən gələni edirlər. Məhz buna görə də adətən qonşular və qohumların sevimlisi olurlar.

7. Öyrənməyə həvəsli olurlar. Yeni bacarıqlar qazanmaq üçün daima yeni fəaliyyətlər axtarırlar.

8. Adətən el arasında belə bir düşüncə var ki, anasına bənzəyən oğlanlar yaraşıqlı olurlar. Çox vaxt onlar üçün “üzündən nur yağır” kimi ifadələr də işlədilir.

9. Əla dostdurlar.

10. İnsanlara qarşı olduqca sədaqətli olurlar. Öyrəşdikləri insanı həyatlarından çıxarmaq onlar üçün çox böyük əzabdır.

loading...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 559
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Yağmur
Menim bir qızım olsa mene benzemeyini isderdim
16 iyun 2018 22:23
5
Olduğun yeri cennete cevirmedinse her qacdığın yer sene cehennemdi
Offline
Dilaycan
Canım oglum kopya özüməm burda yazılan xusisiyyətlərin hamısı onda var..
Urəyim mənim necə vaxtır evindən uzaqdadı bu xəbərdə
yazılanların eynen özüdü lap darıxdım balmdan ötrü((
13 iyun 2018 10:06
4
Hər şeyə canını sıxma ey könül, nə bu dərdlər qalıcıdır, nə də bu ömür.. (Hz.Mevlana)
Offline
Aylin...
Sitat: aziz a
Biz Her weye lağ etmekde usta olduğumuza gore anasına oxşayan oğlana "mama uşağı"deyırık 122qisa ve konkret!!

aynen ya ağzımdan aldın122
13 iyun 2018 03:15
3
hh
Offline
aziz a
Biz Her weye lağ etmekde usta olduğumuza gore anasına oxşayan oğlana "mama uşağı"deyırık 122qisa ve konkret!!
12 iyun 2018 23:30
2
...
Offline
vipbetul
o anaya ataya oxsamaqla deyil insanliqla olan sidir
12 iyun 2018 20:04
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri