BIR ZAMAN...

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 2 386
Səs ver:
(səs: 0)
Bir qadın sevərsə ağlayar. Amma bilərsinizmi ağlamaq qadınları yetişkinləşdirər. Hər damla daha çox qadın edər qadınları. Hər damla bir dərsdir çünki. Bəzən qadınlar ağladığında çoxinsan ağlama niyə ağlayırsan ki dəyməz onun üçün deyərlər. Bilmədiklərindəndir belə demələri. Çünki ürəkləri ağrıyan qadınlar ağlamazlarsa ölərlər. Içlerindəki zəhərdir onları öldürən.! Ağlayaraq o zəhərdən xilas olar qadınlar o irini təmizləyər yaralarındakı.! Çünki bilərlər o irin təmizlənməzsə iltihaba dönüsür yaraları. Çevrilməməsi lazimdır halbuki. Ona görə də bolca ağlarlar. Zaman keçər sonra… Qadınlar özlərinə sarılmağı öyrənərlər.

Ümid edirəm öyrənərlər yoxsa ruhlar eşqbaz göylərə çarpar özünü. ruhların doğru yolu tapmaması da yeni ağrılar deməkdir. Bunu bilər qadınlar ona görə enində sonunda öyrənərlər özlərinə sarılmağı.Çox ağlayan qadınlar bir çox şeydən imtina edən qadınlardır əslində. Hər damla yetişkinləşdirər qadınları bəli amma yetişkinləşdikcə o avamca inandıqları eşq gerçəyi onların gözündə kiçilər. Kiçildikcə dəyərini itirər və o zaman özlərinə sarılıb yeni bir qadın yaradarlar özlərindən. Güclü məğlub olmaz məğrur və eşqə inanmayan məğlub olar. Insanlar soruşurlar çox zaman niyə bu qədər çox subay qadın var deyə; hamısı karier dərdində olan

Çünki inanclarını itirdi o qadınlar. Zamanında ürəklərinə o qədər çox iynə batdı ki o qədər çox ağladılar ki, a rtıq özlərindən başqa bir doğru olmadığına inanırlar ona görə özlərinə sarılırlar. Çünki bilirlər ki sarıldıqları adamlar onları layiq olmadı; həm də heç bir zaman! Həmişə bir mənfəətləri oldu sarıldıqları adamların. Ee o zaman niyə sarılsınlar ki, niyə sarılaq ki?. ətrafınızda ürəkdən ağlayan bir qadın varsa bilin ki yetişkinləşir. Bilin ki gerçəkləri qəbul etməyə başlamışdır. Bilin ki artıq heyatin yalan olmadığına inanmışdır.Bilin ki sarılacaq tək bir doğrusu qalmışdır. O da kim nə deyə soruşmayın artıq. Çox ağlayan qadınlar əvvəlində sonunda özlərinə sarılarlar çünki,
birzaman ürəkdən sevmişlər, bir zaman...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 386
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri