Qadın güclü və müstəqil ola bilərmi?!

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 1 818
Səs ver:
(səs: 0)
Müdriyyətin sənin barədənə fikirdə olmasını, şənliyə niyə dəvət edilmədiyini, qonşu ofisdən oğlanın niyə qəribə davrandığını düşünməyə vaxt sərf etməkdənsə, həyatdan real zamanda zövq almağa başla.

Gözləmə — hərəkət et!
İrəliyə doğru istənilən fəallıq, cüzi olsa belə, boş gözləməkdən daha effektivdir. İş müsahibədən sonra zəng etmirlər? Özün zəng et və qərarın nə zaman qəbul ediləcəyini öyrən. Sevgilin həftə sonu üçün planları müəyyən edə bilmir? İstirahət vaxtını özün planlaşdır. Uzun müddət vəzifədə yüksəlişala bilmirsən? Digər şirkətləri və ya mövcud vakansiyaları nəzərdən keçir. İstədiyinə nail olmasan belə, bir sıra variantları yoxlamaq ümumiyyətlə heç nə etməməkdən daha yaxşıdır. Özündən başqa heç kəs sənin üçün daha çox nəsə etməyəcək.

Necə qiymətləndirildiyin barədə düşünmə. Özün qiymətləndir
Görüşdə kafedə oturub və öz-özünə “Görəsən, onun xoşuna gəlirəm?” sualını verməkdə zövq gətirəcək heç nə yoxdur. Yəqin, fikir vermisən ki, kişilər çox vaxt xoşa gəlməyəcəklərinin mümkün olması barəsindəheç düşünmürlər. Belə ki,rahat ol, rahat otur və pərəstişkarını bütün amillərə görə özün qiymətləndir. Eyni zamanda da sənə maraqlıolub olmamasına qərar verəcəksən.

Arzuolunanı həqiqət kimi büruzə vermə
Təsəvvür et ki, kişi simpatiyasının siqnallarına sərf etmək əvəzinə nə qədər vaxta qənaət edə bilərsən. Əgər o hələ də sənə zəng edib görüşmək təklifi etməyibsə, onun baxışlarının mənası üzərində düşünmək faydasızdır. Belə bir danılmaz həqiqət var ki, kişi iki səbəbdən zəng etmir: ya istəmir, ya da ölübdür. Ən yaxşı əhval – sakit nikbinlik, kiminsə zəngini gözləyib əhvalını korlamağa dəyməz.

Əhval-ruhiyyəni yüksəltməyi özün bacar
Başqa insanlar sənin emosional vəziyyətinə mənfi təsir etməməli və özünə olan inamını sarsıtmamalıdırlar.

Tonusda qalmaq üçün ağlında səni sevindirəcəkşeylərin siyahısını tut:
kitabla isti vanna qəbul etmək, siropla bir fincan qəhvə içmək, hovuza getmək və ya manikür-pedikür etmək.

Öz üzərindən keçmə
Özünə qarşı sevgi – həyatda istənilən münasibətlərin ilk pilləsidir. Başqalarının səni özündən çox sevməsini gözləmə. Həyatda ən dəyərli münasibətlərdən biri – insanın özü ilə olan münasibətidir. Özün barədə nə düşündüyün vacibdir. Emosional cəhətdən səhər özünü rahat hiss etməyin mümkün deyil, əgər dünən gecə yarısına qədər ofisdə oturub başqasının işini görmüsənsə. Əgər nəsə etmək istəmirsənsə, nəzakətlə rədd et və üzərindən necə bir yüküngötürüldüyünü hiss edəcəksən.

Özünü başqaları ilə müqayisə etmə
Öz müvəffəqiyyətlərini ətrafdakıların uğurları ilə müqayisəyə görə çox vaxt paxıllıq hissi yaranır. Əgər kimsə, məsələn, marketinq şöbəsindən vəzifədə yüksəlirsə, sən isə alqı-satqı mütəxəssisisən və hələ yüksəlməmisən – bu vəziyyətdə nədən qane olmadığın barədə düşün. Sənə doğru dəyər vermədiklərini düşünürsən, bu iş sənə görə deyil və ya əminsən ki, yuxarı vəzifə mənəvi məmnuniyyətə zəmanət verəcək? Həmin marketinq şöbəsinin mütəxəssisi ilə özünü müqayisə etmə cənub və şimalı, gün və gecənin müqayisəsinə bənzəyir.

Öz bacarıqlarını inkişaf etdir
Fərdi və pəşəkar inkişaf səni daha xoşbəxt edə və özünü dəyərləndirməkdə yardım edə bilər. Yaxşı bacardığın, sənin xoşunagələn işləri müntəzəm şəkildə yerinə yetir. Bunu keyfiyyətli etməyi öyrən . Bəzən isə anadangəlmə qabiliyyətlərinin aşkar edilməsi metodikalarına etibar et. Ola bilsin ki, onları heç inkişaf da etdirməyəcəksən, amma nəzərdə saxlamaq pis olmaz. Gündəlik həyatda məşğul olmadığın nəyisə hobbiyə çevirmək olar. İstedadın inkişafı həm karyerada, həm də şəxsi həyatda faydalı ola bilər.

Çatışmayan bilik və qabiliyyətlər üzərində işlə
Pis mənimsədiyin alətlərin istifadəsini tələb edən işə qarşı həvəssizlik hissi, yəqin, sənə tanışdır.
Məsələn, sən Excel proqramında işləməyi sevmirsən, buna görə də bu proqramda hesabatın hazırlamasınında yubanırsan. Əməkdaşlardan birindən sənə bəzi məqamları anlatmağa, funksiyaları öyrətməyə xahiş et və artıq gələn ay hesabatı daha tez bitirəcəksən.

Zəifliklərini qəbul et
Hər kəsin zəif olduğu məqamları var. Zəifliklərimiz bizi yalnız qeyri-mükəmməl etmir, həmçinin mərhəmətli olmağa yardım edir, çünki başqalarının zəifliklərini də qəbul etməyə öyrədir. Özünə tənbəlliyi və pis vərdişlərideyil, bəzi fərqləndirici xüsusiyyətləri bağışla: qəhvəyə qarşı sevgi, masada səliqəsizlik, lənglik və həddindən çox söhbətcillik. Bu cür xırda şeylər səni ideal olmaqdan uzaqlaşdırsa da, lakin yalnız sənə xas tərzi formalaşdırır.

Maddi cəhətdən müstəqil ol
Maddi müstəqillik sənə hər şeydə üstünlük verir.Öz qeydinə qala biləcək qızlara daha çox hörmət edirlər, elə özün də sabitgəlirlə daha çox əminlik hiss edirsən. Öz həyatının əsl sahibi olmaq mümkündür, əgər heç kəsdən heç nə gözləyib istəməsən. Buna görə hər ay maaşdan 5-10% ayırıb şəxsi toxunulmaz ehtiyat yığmaq yaxşı olar. Müvvəqəti çətinlik zamanı çarəsiz qalmayacaqsan.

Mövhumatlardan azad ol
Kimsə əvvəldən çoxlarının yaşadığı həyatqaydalarını özü üçün qəbul edir. Hər şeydə valideynlərin məsləhətinəqulaq asmaq, ictimai nəqliyyatda həmişə yer vermək, yalnız ixtisasınagörə işləmək, iki il münasibətdən sonra mütləq ailə qurmaq lazımdır (həm də 25 yaşa qədər yaxşı olar), iki uşaqdan az olmamalıdır. Bu qaydalar yalnız sən onları özün qəbul etdiyin halda sənin üçün uyğundurlar. Sənin nə zaman ərə gedəcəyini bilmək istəyən hər şeyə qarışan qonşulara nəzakətli şəkildə, amma qətiyyətlə “Belə bir istəyim yarandıqda sizi mütləq məlumatlandıracağam” kimi cavab vermək olar.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 818
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri