Ana olmağa hazırlaşan qadının təhsili

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 598
Səs ver:
(səs: 0)
Hər bir qadının həyatında ən xoş və sevincli anlardan biri yaxın zamanlarda ana olacağını bilməsidir. Dünyaya yeni bir həyat bəxş edəcəyinizi dərk etmək sizi daha da gözəlləşdirir. Bu isə o deməkdir ki, irəlidə sizi 9 möcüzəli ay gözləyir, bunları həm özünüz, həm də doğulacaq körpəniz üçün fayda ilə keçirməlisiniz. Ancaq bu da gizli deyil ki, qadınların əksəriyyəti sevinclə yanaşı, həm də qorxu və həyəcan hissi də keçirir, xüsusən də birinci hamiləlik dövründə belə həyəcanlar qətiyyən yolverilməzdir. Məhz buna görə də Qərbdə və Avropada gənc analar üçün xüsusi kurs və məktəblər mövcuddur və bunların aktuallığı durmadan artır.

Son zamanlar bizim şəhərimizdə də belə kurslar açılmağa başlamışdır, ancaq çoxları bunlara inamsız yanaşır. Çoxları bunlarda heç bir fayda görmür, bunun faydasız yerə vaxt və pul sərf etmək olduğunu düşünür. Bunun onunla əsaslandırırlar ki, lazım olan informasiyanı internetdən tapmaq daha asandır. Ancaq elə qadınlar da var ki, belə yerlərə getməyin zəruriliyini başa düşür və özlərinə münasib variant tapmağa çalışırlar. Bu nüansları yaxşı bildiyimizə görə bu məqaləmizdə ana olmağa hazırlaşan qadınlar üçün kurslar haqqında danışacağıq.

Əvvəla onu deyək ki, belə kurslara hamiləliyin ilk aylarından getmək lazımdır. Əgər bu, birinci hamiləlik deyilsə, belə kurslara uşağın tərpənməyə başladığını hiss etdiyiniz vaxtdan da gelə bilərsiniz.

Nəzəriyyə
Bu məktəblərdə nə ilə məşğul olurlar? Adətən, dərslər iki hissəyə ayrılır: nəzəri və praktik. Nəzəri məşğələlərdə həkim ginekoloqun, psixoloq və pediatrın mühazirələri dinlənilir. Ginekoloq hamiləliyin fiziologiyası haqqında, yəni qadın orqanizmində nə baş verməsi, müəyyən hallarda niyə əhvalın dəyişməsi səbəbləri və əlbəttə ki, bu və ya digər halda nə etmək lazım olduğu barədə təfərrüatlı məlumat verir. Həkim həmçinin doğuş prosesini, sancılar zamanı özünü necə aparmaq, panikaya düşməmək yollarını izah edir, mütəxəssislər döşlə əmizdirməklə bağlı məsləhətlər verirlər.

Praktika
Bu muhazirələrin ən mühüm məqamlarından biri nəfəsalma məşqləri və doğuş sancılarıdır. Məsələ burasındadır ki, əgər siz doğuş sancıları zamanı düzgün nəfəs almağı öyrənsəniz, onda ağrıları da xeyli azaltmış olarsınız. Əvvəlcədən isə nə vaxt və necə güc vermək lazım olduğunu bildikdə isə, lazım olanda hər şeyi düzgün edəcək və özünüzü itirməyəcəksiniz.

Praktik məşğələlərdə nəfəsalma məşqləri ilə yanaşı, gimnastika dərsləri də keçirilir. Belə məktəblərin mütəxəssisləri hamiləlik zamanı hansı hərəkətlərin təhlükəsiz olduğunu, son aylardakı xarakterik şişkinliyi minimuma endirmək üsullarını bilirlər. Bəzi məktəblərdə həmçinin akva- aerobika dərsləri keçirilir ki, bu da bədəni tonusda saxlamağa və əzələləri boşaltmağa imkan verir. Üstəlik, yoqa məşqləri keçirilən məktəb tapsanız, əmin ola bilərsiniz ki, sizin doğuşunuz ciddi çətinliklər olmadan keçəcək, çünki yoqa bədəni yüngülləşdirən və pozitiv notlara yükləyən ən gözəl vasitədir.

Psixoloq
Psixoloq mühazirələrdə öz qorxu və həyəcanlarınızla bölüşərsiniz və o, bunlardan azad olmağa kömək edər. Belə treninqlərdə psixoloq əsəbiləşməmək və beləliklə də, doğulacaq uşağınızın sağlamlığına ziyan vurmamaq üçün öz daxili aləminizlə harmoniya tapmağa kömək edə bilər. Həkim həmçinin bir çox qadınlarda geniş yayılmış doğuş sonrası depressiyanın öhdəsindən də gəlmək üsullarını izah edə bilər.

Pediatr
Pediatrların mühazirələri çox önəmlidir: onlar uşağın həyatının ilk ilində ona necə qayğı göstərməyi ətraflı başa salır. Həkim müxtəlif vəziyyətlərdə uşağa ziyan vurmamaq üçün özünü necə aparmağı izah edəcək, uşağın ilk dişləri çıxanda ona necə qulluq etməyi öyrədəcək. Pediatrın praktik dərslərində siz uşağı düzgün bələməyi, çimdirmək və geyindirməyi də kuklalar üzərində məşq edəcəksiniz. Bu məşğələlər sayəsində uşağı qucağınıza götürməkdən, ona toxunarkən zədə vurmaqdan qorxmayacaqsınız.

Ata
Əgər məşğələlərə sizinlə birlikdə ata da gedərsə, bu, ikiqat faydalı olar. Burada o, uşağa qayğı göstərməyi öyrənər, kişilər üçün xarakterik olan təlaş hissi onu narahat etməyəcək. Həm də sizinlə birlikdə dərslərə getməklə sizə nə qədər kömək lazım olduğunu da başa düşəcək. Hər ikiniz hazırlıqlı olduqda bir çox çətinliklərin, qorxu və səhvlərin öhdəsindən gələ bilərsiniz.

Kollektiv
Bu məktəblər bir də onunla yaxşıdır ki, siz başqa hamilələrlə də ünsiyyətdə olursunuz, bir-birinizlə təcrübə və sirlərinizi bölüşürsünüz və nəhayət, yeni yaxşı rəfiqələr qazanırsınız; axı belə müəssisələrdə, adətən, xoş, müsbət emosiyalara kökləyən atmosfer hökm sürür. İşləyənlər üçün məşğələlər axşamlar keçirilir. Əgər siz işləmirsinizsə və ya artıq dekretdəsinizsə, məşğələlər üçün ya səhər, ya da günorta saatlarını seçə bilərsiniz.

Aydındır ki, belə məktəbin sizə lazım olub-olmadığını fərdi olaraq həll edirsiniz. Ancaq istənilən halda, bu məşğələlərə getmək heç zaman artıq olmayacaq. Bu «təhsil» sizə diqqətli olmağa və möcüzə baş verən anda sakitlik və əminliyinizi qoruyub saxlamağa kömək edəcək.

Özünüzü qoruyun! Sizə rahat doğuş arzulayırıq!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 598
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri