Gəlinlik seçərkən nələrə diqqət etməliyik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 903
Səs ver:
(səs: 0)

Gəlinlik seçərkən nələrə diqqət etməliyik

 Gəlinlik seçmək bütün nişanlı qızlar üçün həyəcanlı olduğu qədər, həm də çətin mərhələdir. 5 mühüm məsələyə riayət etsəniz heç bir çətinliklə qarşılaşmayacaqsınız. 1. Açıq fikirli olmaq, tək bir model üçün inad etməmək gəlinlik alarkən seçiminizi sürətləndirəcək. Gəlinlik baxarkən bir çox model ilə qarşılaşacağınız təbii və qaçılmazdır, amma sakit olun hər bədən tipinə və çəkisinə görə uyğun bir gəlinlik olduğunu unutmayın. Baxdığınız gəlinlikləri sınadıqdan sonra şərh etmək daha doğrudur. Unutmayın ki geydiyiniz vaxt üzərinizdə asılqanda dayandığından fərqli dayanacaq. 2. Xəyalınızdakı gəlinliyi qısa müddətdə tapmanız kiçik bir ehtimaldır. Bunu nəzərə alın və gəlinlik axtarışına 6 ay əvvəldən başlayın. 3.Bir səfərdə 4-5 dənədən daha çox mağaza baxmağa nə qədər də həvəsli olsanız da, unutmayın ki, fikrinizi qarışdıra bilərsiniz. Bundan başqa, gəlinlik baxmaq əyləncəli olmalıdır, yorucu deyil. Bunun əvəzinə daha çox modeli olan mağazaları gəzsəniz vaxtınıza və enerjinizə qənaət etmiş olarsınız. 4. Gəlinlik baxmağa çıxarkən mütləq yanınızda ailənizdən və ya yoldaşlarınızdan, fikirlərinə etibar etdiyiniz biri olsun. Amma unutmayın! Gəlinlik seçərkən ən əhəmiyyətli nöqtələrdən biri gəlinliyin içində özünüzü rahat hiss etməyinizdir. 5. Gəlinlik seçmək həyat yoldaşı seçmək kimidir, qarşınıza çıxanda anlayırsınız və hiss edirsiniz ki, axtardığınız model məhz budur.

 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 903
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri