Bal ayına gedərkən makiyaj çantanızda nələr olmalıdır?

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 552
Səs ver:
(səs: 0)
Bal ayına gedərkən özünüzlə götürməli olduğunuz kosmetik vasitələri qeyd etdik. Getməzdən öncə bir siyahı yaratmağınızda fayda var.

Biz qadınlar bal ayı üçün olsa da, olmasa da, yol çantası hazırlayarkən çox vaxt sərf edirik. Adətən özümüzlə nələr götürəcəyimizə qərar verməyimiz çox da asan olmadığından yol çantamızı hazırlamağımız xeyli vaxtımızı alır.

Yol çantası bir qırağa, özümüzlə götürəcəyimiz gözəllik və makiyaj məhsullarına qərar verməyimiz belə uzun çəkir və hətta saatlarımızı alır.

Nağıl kimi keçəcək bal ayından öncə vaxtınızı boş yerə sərf etməməyiniz üçün makiyaj çantanızda nələr olmalıdırsa, onları yazdıq. Əlinizə kağızı və qələmi alın, siyahını bir kənara qeyd edin.

Günəş kremi
Bal ayınızı dəniz kənarında bir yerdə keçirəcəksinizsə, özünüzlə günəşdən qoruyucu krem götürməyi unutmayın. Bütün tətil boyu qızartılı bir dəri ilə gəzmək istəməzsiniz.

Şampun - saç kremi
Gedəcəyiniz oteldə əlbəttə şampun və saç kremi olacaq, ancaq siz markası və tərkibi məlum olmayan məhsullarla saçlarınızın qulluğunu risqə atmayın.

Artıq bütün marketlərdə tapa biləcəyiniz kiçik boy saç kremi və şampunlardan alın və özünüzlə götürün.

Ətir
Hər gün istifadə etdiyiniz ətirinizi götürməyi yaddan çıxarmayacağınıza əminik. Amma hər ehtimala qarşı onu da siyahıya əlavə etməkdə fayda var.

Daraq
Saçlarınızı daramadan bütün bal ayını keçirməyiniz mümkünsüzdür. Bu səbəbdən də çantanıza ilk qoymalı olduğunuz şeylərdən biri darağınızdır. Əks təqdirdə getdiyiniz yerdə daraq satılan bir yer axtarmalı olacaqsınız.

Aseton - lak
Gedəcəyiniz tətil bir neçə gündən uzun çəkəcəksə, lakınız mütləq yenilənməyə ehtiyac duyacaq. Bunun üçün bir az pambıq və asetonun yanına neytral tonlarda lak da qoymağı unutmayın.

Nəmləndirici krem
Siz tətilə gedirsiniz deyə dəriniz də tətilə getməyəcək. O hər zaman olduğu kimi yenə nəmləndirilməyə ehtiyac duyacaq. Bu səbəbdən də nəmləndirici kreminizi çantaya qoymağı unutmayın.

Ənlik
Tətiliniz dəniz kənarında olacaqsa, dəriniz bir neçə gün ərzində azacıq tündləşəcək. Misal üçün, axşam yeməyinə gedərkən siz yanaqlarınıza yüngülcə ənlik vura bilərsiniz.

Tuş
Günəşdən yanmış dəriniz çox makiyaja ehtiyac duymaya bilər. Üstəlik bu ən gözəl günlərinizdə həyat yoldaşınız sizi qat-qat makiyajla deyil, təbii halınızla görməkdən daha çox zövq alacaqdır. Buna görə də, sadəcə tuşla kirpiklərinizə həcm verməklə kifayətlənə bilərsiniz.

Maqqaş
Qaşlar sözə qulaq asmaya bilər. Buna görə ehtiyac yarandıqda onlara səliqə verə bilmək üçün maqqaşınızı özünüzlə götürün.

Dodaq boyası
Açıq tonlarda bir dodaq boyası gecə yemək yeməyə gedərkən çantanıza atacağınız kiçik bir əşya ola bilər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 552
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Love Angel
Bütün qadınlara vacibdir bu əşyalar. Lak və aseton əvəzinə başqa şeylər də aparardım.
11 aprel 2019 20:23
6
القلوب التى تغسلها الدموع .. لا يتراكم عليها الصدأ
Offline
Cema_Axodova
Baw uste oldu ;)))
14 yanvar 2019 20:57
5
p.s
Offline
❃G❃
Her bir qadinin seyahete gederken goturmesi gereken seyler yazilib.Men basqa seylerde elave ederdim.
14 yanvar 2019 20:12
4
#EvDəQaL
Offline
vipbetul
yani her sey olmalidi
14 yanvar 2019 19:56
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
YalniZ-ArZu
cəlbedici iç geyimləri siyahida yoxdu :)
günəş kremindən başqa digərləri mənim çantamda olur harasa gedirəmsə.
14 yanvar 2019 19:50
2
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BARBI
Her qadinin cantasinda olmasi mutleq levazimatlardi
14 yanvar 2019 19:39
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri