Ana olmağa hazırlaşarkən qorxulardan necə azad olmaq olar?

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 794
Səs ver:
(səs: 0)
Ana olmaq hər bir qadının həyatında olacaq ən müqəddəs və xüsusi bir təcrübədir. Hamiləlik müddətində müxtəlif fiziki narahatlıqlar və risklər olmasına baxmayaraq psixoloji olaraq da yaşanan qorxular problem halına gətirilə bilir. Ana namizədləri hamiləlik dövrünü və həyatını daha fərqli və özünəməxsus bir şəkildə yaşayar. Fiziki dəyişikliklərə məruz qalar psixoloji olaraq fərqindəlikləri artar və yeni fikirləri meydana gətirər. Bütün bu proses qorxuları da özü ilə gətirər. Ana namizədlərinin; doğuşda səhv bir şey olacaq qorxusu, yaxşı bir ana olmaq narahatlığı hamiləlikdə ən çox yayılmış problemlər arasındadır.Ana namizədlərinin qorxuları adətən bunlar olur; Doğuşda yaşayacağı fiziki qorxu,gərgin duyğular səbəbi ilə artan narahatlıq,hamiləlik depressiyası,fizioloji problemlər; iştahsızlıq, daimi yorğunluq və yuxulu olmaq, həssaşlaşma; gündəlik hadisələrə həddindən artıq verilən aşırı və yersiz reaksiyalar,körpəsini sağlam bir şəkildə qucağına ala bilməyəcəyi qorxusu,yaxşı bir ana olub-olmuyacağı düşüncəsi ilə yaranan narahatlıq,fiziki dəyişim səbəbilə gözəlliyini itirmə və həyat yoldaşınızın artıq sizin gözəl görünmədiyini düşünmə qorxusu,körpə doğulduqdan sonra bütün məsuliyyətləri yerinə yetirə bilməmə qorxusu,məsuliyyət artdıqca həyat yoldaşınıza və körpəyə vaxt ayıra bilməmək,hamiləlik müddətində uşağı itirmə qorxusu.

Bütün bu qorxular analıq duyğusunun bir parçasıdır.Hər ana hamiləlik müddətində qorxu, narahatlıq və buna oxşar duyğular yaşayırlar. Problemlər artdıqca, qorxular çoxaldığı üçün analar ancaq sakitləşib yalnız körpəyə diqqət yetirməlidirlər. Qidalanmaq, gəzinti körpənin rahatlaşdırdığı üçün bunlara əhəmiyyət göstərilməlidir.Həkimlərin tövsiyələrini nəzərə almaq bu müddəti daha çox nəzarət altına götürməyi təmin edir. Hormonal dəyişikliklər, fiziki və əqli dəyişikliklər, hamiləliyin idarə edən faktorlardır. Bütün bu amillərə qarşı sakit qalmaq üçün analar həkimlərin tövsiyələrinə uyğun olaraq hərəkət etməlidir.

Hamiləlik qorxularını aradan qaldırmaq və sağlam bir prosesə sahib olmaq üçün ediləcək işlər;Həyat yoldaşı, dostlar və ya ailə üzvləri ilə narahatlıqlarınızı və qorxularınızı paylaşın.Qorxulardan azad olmaq üçün özünüzə bir məşğuliyyət tapın.Hamiləliklə əlaqədar təlim kurslarına qatılın.Doğuş prosesinə özünüzü hazırlayın, doğuş çantası alın.Vitamini əksik etməyin.İdmanları mütəmadi olaraq davam etdirin.Bu mövzuda mütəxəssis dəstəyi alın və həkimə məlumat verin.Hamiləlikdə yaşaya biləcək bütün qorxular psixoloji olmaqla yanaşı, təbii bir prosesdir. Ailənin dəstəyindən başqa, qorxularınızı məğlub etmək və sağlam bir düşüncə ilə doğuş anına konsantrasiya olmaq üçün mütəxəssis həkimlərdən də dəstək ala bilərsiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri