Kişiləri jest və mimikalarından tanı

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 717
Səs ver:
(səs: 0)
Bu yazımızda xanımlara daha yaxşı tanımaları üçün kişilərin mimika və jestlərindən həmçinin onların nə anlama gəldiklərindən söhbət açacağıq. Dodaqlarını isladırsa bu o deməkdir ki, gerçəkləşməsini istədiyi arzusunun yavaş-yavaş həyata keçdiyini sezir.Və istəyinin reallaşması dodaqların qurudur.Bu səbəbdən də kişilər belə halda tez-tez dodaqlarını islatmalı olurlar.Qaşlarını qaldırıb gülümsəyərək sizə baxırsa, deməli siz onun xoşuna gəlirsiniz. Əgər o qaşlarını təmbəlcəsinə yavaş-yavaş qaldırırsa və bunu daim edirsə, bu onun yaxşı əhval-ruhiyyədə olmadığından xəbər verir.Danışıq vaxtı dabanı üstündə yellənirsə, bu onun inamsızlığı və qərəzsizliyi haqqında məlumat verir. Ola bilər ki, o nəyisə düzgün danışmadığı və ya nəyisə düzgün eləmədiyi haqda düşünür ki, bu zaman belə hərəkətlər onu bir az sakitləşdirir. Amma əgər azca ayağının ucuna qalxıb və sonra bütün ayağı üstə dayanırsa, bu onun özündən razı olduğunu bildirir!

Əgər siz bir kişinin diqqətini çəkə bilmisinizsə, o zaman onun əllərini yellədiyini də fikir vermisiniz yəqinki. Belə jestlər adətən istiqanlı, xoşxasiyyət insanlara məxsus olur.Onlar öz müsbət duyğularını gizliyə bilmədikləri üçün belə hərəkətlərnən özlərini ələ verirlər.

Əgər saçlarını sığallayırsa bu özünü sizə sevdirmək istədiyindən xəbər verir.Bəzi hallarda o başını biraz önə əyərək sanki saçlarını darayırmış kimi barmaqlarını saçlarının arasına salır.Ayaqlarını geniş açırsa bu onun özünə inamlı bir kişi olduğunu göstərir. Onlar istənilən qadının özlərinə heç bir şəkildə yox demiyəcəklərinə çox əmindirlər.Əgər üzünü tumarlayırsa bu onun sizə qarşı olan ciddiyətindən xəbər verir.Sizə diqqətlə qulaq asır və sonsuza qədər dinləmək istədiyini işarə edir.Əlini sizə uzatma jesti isə sizə daha yaxın olmaq cəhdini göstərir.Bildiyiniz kimi, kişilərin hər zaman zehnindən keçənləri bilmək olmur. Əgər onların jest və mimikalarının anlamını dəqiqləşdirə bilsəniz, bu zaman kişilərin gizli düşüncələrinə agah olacaqsanız.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri