Kişilərin adi səhvləri - Qadın özünü niyə sevilməyən hiss edir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 4 474
Səs ver:
(səs: 1)
Son zamanlar qadınlarımıza qarşı kişilərin zorakılıq göstərməsi ilə bağlı hadisələrə tez-tez rast gəlirik. Məsələnin aktuallığını nəzərə alaraq hər iki cinsin nümayəndələri ilə bağlı bir neçə araşdırma yazını təqim edəcəyik.

Qadinla.com bu dəfə kişilərin qadınlara qarşı səhvi ilə bağlı yazını təqdim edir.

1. Kişi qadına qulaq asmır, fikri tez-tez başqa yerə gedir, dərdinə şərik olduğunu göstərən suallar vermir. Kişi ona diqqət və qayğı göstərmədiyindən qadın özünü sevilməyən hiss edir.

2. Kişi qadının ifadə etdiyi hisləri birbaşa mənasında qəbul edir və ona “dərs keçməyə” başlayır. Kişi fikirləşir ki, qadın problemin həllini istəyir, ona görə də məsləhət verməyə başlayır. Kişi onu anlamadığı üçün qadın özünü sevilməyən hiss edir.

3. Kişi qadına qulaq asır, lakin əhvalını pozduğu və ya onu alçaltdığı üçün qadını qınayır. Kişi onun hislərinə hörmət etmədiyi üçün qadın özünü sevilməyən hiss edir.

4. Kişi uşaqların və işin daha vacib olduğunu əsas gətirərək, qadının hiss və ehtiyaclarına etinasızlıq göstərir. Kişi qadına sadiq olmadığı, onu xüsusi mövqeyə qoymadığı üçün qadın özünü sevilməyən hiss edir.

5. Qadın dilxor olanda kişi ona niyə özünün haqlı, qadının isə haqsız olduğunu və ya narahat olmağa əsas olmadığını izah etməyə başlayır. Kişi onun hislərini saya salmadığı, əksinə bunların boş şey olduğunu ona anlatmağa çalışdığı və kömək etmədiyi üçün qadın özünü sevilməyən hiss edir.

6. Kişi qadına qulaq asdıqdan sonra heç nə demir və sadəcə çıxıb gedir. Kişi onun inamını möhkəmləndirmədiyi ( bu isə hər bir qadın üçün zəruridir) üçün qadın özünü sevilməyən hiss edir.

Mənbə: Con Qreyin “Kişilər marsdan, qadınlar veneradandır” kitabı.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 474
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri