Qadının yerişi onun sirlərini açır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 093
Səs ver:
(səs: 1)

Qadının yerişi onun sirlərini açır

İstənilən qadının yerişi onun barəsində düşündyündən də artıq məlumat verir.
Alman alimlərin fikrincə, məhz qadının yerişinə baxmaqla kişilər fertilliyinin yuxarı səviyyəsində olan xanımları müəyyənləşdirə bilirlər.

"The Daily Mail"ə istinadən bildirir ki, Almaniyadakı Gettinjen Universitetinin alimlərinin apardıqları tədqiqatın nəticələri belədir. Onlar 48 gənc qadından ibarət qrup toplayaraq xanımların gəzmələrini və rəqs etmələrinin videoçəkilişlərini aparıblar.
Daha sonra çəkiliş xüsusi proqramdan keçirilib və bir siluet qalıb.
Sözügedən çəkilişlər iki dəfə aparılıb. İlk dəfə çəkilişlər qadınların fertillik səviyyəsinin həddində olduqları, ikinci dəfə isə fertilliyin ən aşağı səviyyəsində olub.

Videoçəkilişləri 200 kişi dəyərləndirib.
Məlum olub ki, hamilə qalmağa hazır qadınların hərəkətləri kişiləri daha çox cəlb edib.
Professor Bernhard Finkin dediyinə görə, yeriş sürəti və ya rəqsdəki hərəkətlərlə müqayisədə, qadınların baldırlarını yırğalamaları kişilərə daha çox təsir edib.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 093
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri