Qadınların ən çox sevdiyi bəhanələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 644
Səs ver:
(səs: 0)
Qadınların ən çox sevdiyi bəhanələr
 

İngiltərədə qadınların sevdikləri paltarları alarkən özlərinə bəraət qazandırmaq

üçün dilə gətirdikləri bəhanələri araşdırılıb.

QADINLAR.NET-ın verdiyi məlumata görə,məşhur moda saytı araşdırmanı 3 min qadın

arasında aparılıb.

Məlum olub ki, hər 4 qadından 3-ü özünü əlindəki pulu həddən çox xərcləməkdə

günahkar sayaraq alış-verişdən sonra hərəkətlərini müdafiə etməyə çalışır.

Qadınların üçdə ikisi evə döndükləri anda pul xərclədikləri üçün peşman olur, dörddə

biri isə təlaşdan tərləyir. Hər 3 qadından biri həyat yoldaşına aldıqları

paltarların real qiymətini söyləmir, beşdə biri aldığı paltarı bir müddət gizləyir.

Hər 10 qadından 8-i evə gələrkən həyat yoldaşına deyir ki, həmin geyim "endirimdə

olub”. "Bir az kefimi artırmağa və nəşələnməyə ehtiyacım vardı”, "bu gün gözəl

görünmək istədim” deyənlər növbəti sıralarda gəlirlər. Qadınların ən çox

söylədikləri bəhanələrin siyahısı aşağıdakı kimidir:


1. Endirmdə idi;

2. Bir az kefimi artırmağa və nəşələnməyə ehtiyacım vardı;

3. Bu gün gözəl görünmək istədim;

4. Bu paltarı uzun müddətdir ki, istəyirdim;

5. Uzun zamandır ki, yeni bir şey almamışdım;

6. Özüm üçün heç vaxt çox pul xərcləmədim;

7. Paltarlarım çox köhnəlmişdi 

8. Bu paltara həqiqətən çox ehtiyacım vardı;

9. O biri xərclərdən artırdığım pula bunu aldım;

10. Ziyafətə getmək üçün bu paltara ehtiyacım vardı.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 644
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri