10 uğurlu qadın rəhbərdən motivasiyaedici 10 söz

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 970
Səs ver:
(səs: 0)
Dünyada bir çox qadın istənilən səviyyədə təhsil ala bilmir. Lakin bunu bir maneə kimi görməyən və öz arzularını reallaşdıran qadınlar həmişə digər bütün qadınlar üçün ilham qaynağı olmağa davam edəcəklər. Niyə siz də onlardan biri olmayasınız? Arzularınızı reallaşdırmaq üçün sadəcə inanmağınız kifayət edir. Özünüzə güvənin və əmin olun ki, lazım olan cəsarət sizin içinizdə bir yerdə gizlənib. İndi isə gəlin, sizin üçün hazırladığımız idarəçi olmaq arzusunu həyata keçirmiş 10 uğurlu qadından ilham verən sözlərə nəzər yetirək.

GÜLSÜM AZƏRİ, OMV TÜRKİYƏ – PETROL OFİSİ – CEO
“Uğur qazanmaq üçün tətbiq etdiyi 3 qızıl qayda var: İstənilən halda təslim olma, lazım olanda kömək istə və ən çətin anlarda belə gülümsəməkdən əl çəkmə.”

ŞERİL SANDBERQ, FACEBOOK – COO
“A variantı istifadəyə yararlı deyilsə, onda B variantını darmadağın edək.”

BETÜL MARDİN, TÜRKİYƏDƏ İLK İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ÜZRƏ EKSPERT
“Maneələri üstünlüyə çevirin.”

MARİSSA MAYER, YAHOO – CEO
“Həmişə hazır olmadığım işləri gördüm. Məncə insanlar bu yolla inkişaf edirlər. ‘Mən bunun öhdəsindən gələ biləcəyimə inanmıram’ dediyiniz zaman özünüzü məcbur etsəniz irəliləyiş əldə etmiş olarsınız. Bəzən bu, həqiqətən möhtəşəm bir şeyin baş verəcəyinə işarədir. Bununla insan özünü inkişaf etdirir və kim olduğu haqqında çox şey öyrənmiş olur.”

AYLİN SOMERSAN, ALLİANZ TÜRKİYƏ – CEO
“Maraqlanın, çox sual verməkdən çəkinməyin, inanc və intuisiyalarınızı məntiq süzgəcindən keçirmək şərtilə müdafiə edin. İdarəçilik bacarıqlarınızı, profesional səriştəsinizi inkişaf etdirmək üçün özünüzə investisiya edin.

SARA BLEYKLİ, SPANX’IN YARADICISI
“Bilmədiyiniz şeylərdən çəkinməyin. Bu, sizin ən böyük gücünüz ola bilər və etdiklərinizin digərlərindən fərqli olmasına əmin olun.”

KENDİS KARPENTER, IVILLAGE.COM – CEO
“Dəyər yaratdığınız zaman uğur qazanarsınız.”

ESTE LAUDER
“Heç vaxt uğur qazanmaq üçün xəyallar qurmadım, onun üçün çalışdım.”

DEBBİ FİLDS, MRS. FİELDS BAKERİES`İN YARADICISI
“İnandığınız işlə məşğul olmaq üçün super gücə sahib olmağa ehtiyac yoxdur.”

ELLEN KULLMAN, DUPONT – CEO
“İşləmək üçün ayrı bir zamana ehtiyac yoxdur, həm şəxsi, həm də profesional həyatınız 7/24 fəaliyyət göstərməlidir. Əsas məsələ, hərəsinə düzgün şəkildə vaxt ayıraraq hər bir günün nə qədər fərqli olacağını görməkdir.”
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 970
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri