Qadınlar hansı kişiləri bəyənir?

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 2 872
Səs ver:
(səs: 0)
Bir az ciddi olmaq heç də pis deyil. Amma onun qəlbini qazanmaq üçün azca lovğalıq da yaxşı olardı. O, çox cəlbedici, əsl sənin tipindir. Tanış olmaq üçün bundan əla fürsət ola bilməz, amma əvvəlcə sən ideal olduğunu ona sübut etməlisən.

Kişilər çox vaxt bir xanımla tanış olmaqda çətinlik çəkirlər. Çox vaxt isə bu cəhdlər alınmır. Qızlar özündənrazı oğölanları bəyənmirlər.

Qadınla.Com xəbər verir ki, «lovğalanmaq! Özünü düzgün təqdim etmək» kitabının müəllifi Peqqi Klaus bəyəndiyin qadını tez bir zamanda əldə etməyin sirrini açıqlayıb. Peqqinin məsləhətlərində bunlar yer alır:

1. Təlaşlanma - emosiyalarına güvən
Qürurlu ol. Bu, istədiyini gec əldə etməyinə səbəb olsa da, müsbət nəticələnir. Ona yaxınlaşıb hisslərini bildir, amma qürurlu ol. Bəyəndiyin gözəlçəyə qulluq edib, komplementlər de. Əgər o sənə fikir vermirsə, onun yanından uzaqlaş. Görəcəksən, o özü sənə yaxınlaşacaq.

2. Cəlb et
Növbəti addım: ona «İstirahət günü nə etmək istəyirsən?» sualını ver. Əlbəttə ki, o da eyni sualı səndən soruşacaq. Bu zaman «İstəsən bu istirahət günü birlikdə gəzək» cavabını ver. Onunla gözəl bir istirahət keçirt, amma artıq hərəkətlər etməyi ağlına belə gətirmə. Qoy onun sənə olan inamı daha da artsın.

3. Hərəkət et, danışma
Artıq sən onun gözündə ideal bir kişisən. Onu gözəl bir yerə dəvət edib, romantik ab-hava yarat. Onu istəmədiyi heç nəyə məcbur etməyə çalışma, yoxsa o «Kişilərin hamısı vəhşidir» fikrinə qapılacaq. Əks halda, sənin onunla münasibəq qurmaq istəyin elə arzu olaraq da qalacaq.

4. Sakitlik
Əgər o nəyəsə etiraz edirsə, kənara çəkilib, mövzunu tamamilə dəyiş. Amma soyuq davranmağı ağlına belə gətirmə. Onunla başqa hadisələrdən danışmağa başla. O, sənin biganəliyini görüb, işə keçəcək. İndi o sənin nə istədiyini reallaşdırmağa cəhd göstərəcək.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 872
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri