Sevgililər gününün yaxınlaşdığı bu günlərdə siz də sevgililər gününü necə keçirəcəyinizi qara-qara düşünürsünüzmü? Mütəxəssislər hər xarakterin sevgililər günü kimi xüsusi bir günü fərqli qarşıladıqlarını ifadə edir. Sevgilisi olmayanlar bu günü dəyərsizləşdirir, pessimistlər günün mənasini yox sayır, utancaqlar qaçınır, xəyalpərəstlər isə yenə qeyri-mümkünü istəyir...