Boşanma Zamanı Yaşanan Problemlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 914
Səs ver:
(səs: 1)
Boşanma, eynilə evlilik kimi bir "vəziyyət" olaraq qiymətləndirilə bilər. Boşanmanın əvvəli, sırası və sonrasında yaşana biləcək olan bəzi ortaq xüsusiyyətli duyğulardan və onlara yoldaşlıq edən davranışlardan danışmaq da mümkündür. Bu uzun müddətin hər hansı bir dilimində bir mütəxəssisə müraciət edilməsi, bu vəziyyətin daha asan şəkildə sovuşdurulmasına köməkçi olacaq. Psixoloq Murad Toxuyar izah edir…
Boşanma əvvəli dövr
Boşanma əvvəli dövr, düşünmə dövrüdür. Bu dövrdə, dadsız olan gerçəyin fərq edilməsi söz mövzusudur. Əvvəl təminsizlik, məmnunsuzluq, yoldaşa və əlaqəyə xariciləşmə görülə bilərkən; sonrasında sıx qorxu, çox böyük acı,kədər, şok, boşluq, xaos, çatışmazlıq və aşağı mənlik dəyərinin təcrübələnməsi olasıdır.
Bu duyğularla baş edərkən, ortaya bəzi davranış xüsusiyyətləri çıxa bilər. Partnyorla üzləşmək, mübahisə  etmək,münaqişə etmək, müalicə axtarışına keçmək, inkar, fiziki və romantik olaraq içə bağlanmaq, hər şey yolundaymış kimi etmək və mehribanlığı geri qazanmağa çalışmaq bu davranışlardan bəziləridir. Bu dövrdə cütlərin bilməsi lazım olan ən əhəmiyyətli şey; boşana bilmələri üçün əvvəl əlaqələrinin düzəlməsi lazım olduğudur. Qarşıdurma davam etdiyi müddətcə, boşanma çətin və sancılı olacaq.
Boşanma sırası dövr
Boşanma sırası dövr, məhkəmə dövrüdür. Yoldaşlardan biri ya da hər ikisi depressiyaya girə bilər; hirslilik, ümidsizlik hiss edə bilərlər, özlərinə əzab çəkə bilər, sıx hirs, kədər və təklik hiss edə bilərlər. Bu duyğuların ardından bir yas tutma və rahatlama müddətinə keçilər. Bu dövrdə cütlərin bazarlıq etmələri, qarşıdurmaya girmələri, bir-birlərini təhdid etmələri, hətta bəzən intihara təşəbbüs göstərmələri söz mövzusu ola bilər.
Yoldaşlar artıq fiziki olaraq ayrılmaqdadırlar və boşanma əməliyyatları qanuni olaraq başladılmaqdadır. Buna paralel olaraq iqtisadi tənzimləmələr edilər və qohum ilə yoldaşlara vəziyyət açıqlanar. Bu dövrdə xüsusilə ailələrlə təmasda, boşanma mövzusunun ən az şəkildə gündəmə gəlməsi və əgər olmursa, təmasın azaldılması və daha səssiz yaşana bilməsi qiymətli olacaq.
Boşanma sonrası dövr

Boşanma sonrası dövrdə tarazlığın yenidən qurulması söz mövzusudur. Bu dövrdə kəslərin daha optimist, qərarlı, coşğulu, maraqlı olduqları müşahidə edilə bilər. Bəzən peşmanlıqlar ortaya çıxa bilər. Ancaq sonra vəziyyətin qəbul edilməsiylə birlikdə özünə güvən artar, mənlik dəyəri yenidən yüksələr, bütünlük hissinə çatılar və müstəqillik duyğusu təcrübələnər.
Boşanmanın sona çatdığı bu dövrdə; yeni yoldaşlarla görüşülməyə başlana bilər, yeni bir həyat formasının və uşaqlar üçün gündəlik bir təkrarlananın oturdulması ilə şəxsiyyətin yenidən sintez edilməsi söz mövzusu olar. Boşanmanın psixoloji baxımdan da tamamlanmasıyla birlikdə, yeni bir sevgi obyektinə yönlənər və yeni həyat formasında və yeni yoldaşlarla rahat olmağa doğru keçilər. Yenə bu dövrdə, uşaqların, boşanmanı qəbul etmələrinə köməkçi olmaq söz mövzusudur. Boşandıqdan sonra;
Yoldaşların, mümkünsə zəruri olmadıqca eyni mühitdə tapılmamaları və eyni yoldaş qruplarında və ya ictimai mühitdə tapılmamaları seçim olunar. Uşaqlarla əlaqədar olaraq da, bir mütəxəssisə müraciət edilməsi faydalı və asanlaşdırıcı olacaq.
Tərcümə etdi: PRETTY_GİRL
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 914
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri