Həyat yoldaşınız dostunuzdurmu?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 124
Səs ver:
(səs: 2)
Kişilər ən yaxın dostlarının həyat yoldaşı olduğu deyir. Bunun səbəbi isə duyğu və düşüncələrdir.

Həyat yoldaşınız dostunuzdurmu? Uşaqlıq dostunuz, yoxsa həyat yoldaşınız sizin ən yaxşı dostunuzdur? Mütəxəssislərin bir çoxu iddia edir ki, dostluğun başladığı yerdə cinsi münasibətlər pisləşir. Bir qismi isə bunu inkar edir. Qulağa qəribə gəlsə də, kişilər ən yaxın dostlarının həyat yoldaşı olduğunu düşünür. Çünki onlar ən gizli sirlərini, duyğularını həyat yoldaşları ilə paylaşır. Kənardan çox ciddi və kobud görünsələr də, qəlbinin dərinliyində baş verənləri ancaq sevdiyi qadına açırlar. Bütün problemlərini və dostlarına deyə bilmədiklərini ancaq sevdiyi qadına danışa bilirlər.

Bu haqda qadınlar nə düşünür?
Qadınlar isə kişilər kimi düşünmür. Çünki onlar rəfiqələri və dostları ilə etdikləri uzun söhbətləri, qeybətləri, yeni açılan geyim mağazalarını və.s kimi qadın söhbətlərini həyat yoldaşları ilə edə bilmirlər. Əslində, bu kimi söhbətləri kişilərlə danışmaq heç mümkün də deyil. Çünki qadın və kişi münasibətlərinin öz qaydaları var.

Xüsəsn də qadınlar "biz həqiqətən də dostuq, o mənim ən yaxın dostumdur” dediklərində, əslində sevgi və erotizmi bitmiş münasibətlərdən qaçmaqda olduqlarının fərqinə belə deyillər. Artıq başdan çıxarma, mübahisə, barışma və şəfqət çoxdan bitib. Duyğusal məqamlar öz yerini dostluq münasibətlərinə buraxıb. Kişilərin nəzərdə tutduğu dostluq ifadəsi isə tamam başqa cürdür. Bu daha çox "Həyat dostu, sirdaşı” kimi bir şeydir. Bu qadınların kişilərə bəxş etdiyi bir səmimiyyətdir.

Ancaq ikinizə məxsus...
Kişilər elə hesab edir ki, onların daxili dünyası qapalı olmalıdır. Buna görə də daxili dünyalarında üçüncü şəxsə yer vermirlər. Sirlərini və daxili aləmlərini başqa bir adama danışmaq onlara qəribə və məntiqsiz gəlir. Hər bir cütülüyün özünəməxsus sirləri, şifrələri, bədən dili olmalıdır və bu onlar üçün çox vacibdir.  Bu kimi şeylər cütlüklərin münasibətlərini və sevgi dolu dünyasını qoruyub saxlayır.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri