Pomadalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 7 659
Səs ver:
(səs: 8)

http://imgs.su/tmp/1315457219-656.jpg

Pomadanın növləri
Mat, kremli, işıltılı, palitra, parladıcı, ikili pomada və lip klaslar olmaq üzrə 7 növdür.
Mat pomada dodaqlarımızda daha uzun müddət qalır.
Kremli pomada daha sağlam və canlı görünüş təmin edir.
işıltılı pomada ümumiyyətlə, gənc qızların seçimidir. Sadə görünüşlə dodaqları olduğundan daha dolğun göstərir. Dodaqlara asan çəkilir və yağlıdır.
Parladıcılardan pomada çəkmədən də istifadə edilə bilər. Mat olan pomadaların üzərinə də tətbiq oluna bilər.
Lip klaslarda həm pomada var, həm də parlaq görünüşü ilə ikisini bir arada tapa biləcəyiniz pomada növüdür.
Palitra olan pomadalar fara qutusu şəklindədir. Bir neçə rəng bir aradadır.
İkili pomadalar iki rəngin bir arada olduğu pomada növüdür.

- Gündəlik pomadanızı qalıcı hala gətirmək üçün əvvəlcə dodaq qələmi ilə dodağımızı bütöv boyaya bilərik. Qələmlə rənglənən dodağın üstünə də pudra çəkin, sonra pomadanızı çəkin. Pomadanızı sildikdən sonra dodağınıza qulluq etməyi unutmayın!

- Pomadanızın daha təbii görünməsi üçün dodağa çəkdikidən sonra salfet ilə üzərinə basıb, çoxluğu alın. O zaman daha təbii görünər.
- Tünd rəngli pomada çəkərkən daşmasını önləmək üçün ilk olaraq dodaqlara tonal krem, daha sonra pomadanı çəkin. Beləcə, pomadanızın daşmasını önləmiş olarsınız.
- Tünd rəng seçsəniz, üzərinə mütləq parladıcı əlavə edin. Çünki tünd rəngli pomadalar həcmi kiçildir və dodaqlarınızı olduğundan daha incə göstərər.

- Dolğun görünüş əldə etmək istəyirsinizsə, pomada çəkməzdən əvvəl ağ qələmlə dodaq ətrafını boyayın. Beləcə, dodaqlarınız olduğundan daha dolğun görünəcək.
- Əgər pomadanın üstünə parladıcı çəkmək istəyirsinizsə, parıltı şəffaf rəngdədirsə, dodağın müəyyən hissələrinə çəkib yedirin.
- 2-3 pomadanızı fırça köməyi ilə qarışdırıb tətbiq edin, fərqi tonda pomada əldə etmiş olarsınız. 
(səs: 8)
Şərhlər: 4
Baxılıb: 7 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri