Neuroloqlar vücudun ən cəzbedici olan və olmayan bölgələrini müəyyən edib.
Johannesburqdakı
Bangor və Vitvatersrand üniversitetinin araşdırma qrupu cinsəl cazibə
haqqında vücudun 41 erogen bölgəsini təhlil edib.
Araşdırmanın
nəticələrinə görə qadınların ən cəzibədar bölgəsi dodaqlar olub.
Qadınların dodaqlarından sonra boynu ən cəzbedici bölgəsi seçilib.
Kişilərdə də ilk yerdə dodaqlar dayanıb. Araşdırmanın nəticələri
Neurologiya jurnalı "Cortex” də çıxıb. Araşdırmanın maraqlı məqamı isə
qadın ayaqlarının cəzbedici olmaması üzə çıxıb. Kişilərin isə qolu
cəzbedici və erotik hesab olunmayıb.
Eyni
zamanda araşdırma bu günə qədər kişilərin bədənində düşünüldüyündən çox
erogen bölgənin olduğunu açıqlayıb. Belə ki, araşdırma kişilərin də
bədənində qadınlarda kimi 41 erogen bölgənin olduğu təsdiqləyib. Bangor
universitetinin professoru Oliver Turnbul mövzu ilə bağlı fikirlərini
bölüşüb. "Çoxları qadınların vücudunun enerji ilə dolu olduğunu,
kişilərdə isə bir erogen bölgə olduğunu düşünürdü”.
Qadın və kişi bədənində ən cəzbedici bölgələr bu cür sıralanıb:
Dodaqlar
və ağız 10 baldan 7.9 bal alaraq ilk yerdə dayanıb. Boyun 7.5 balla
ikinci yerdə dayanıb. Sinə və döş ucları isə 7.3 bal ala bilib. Ayaqlar
isə 1 bal alaraq cəzbedici hesab olunmayıb.
Kişi bədəninin ən czbedici bölgələri:
Kişilərdə
də ən cəzbedici bölgələr eyni olub. 7 balla ağız və dodaqlar başda
gəlib. Boyun 5.6 bal, döş ucları isə 4.8 bal alıb. 4-cü yerdə isə 2.08
balla bel dayanır.