Gənc qızların problemi

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 14 469
Səs ver:
(səs: 7)
Menstruasiya nizamsızlıqları:
Zaman - zaman menstruasiya qanamalarında nizamsızlıqlar ola bilər. Bu vəziyyətlər təkrarlasa bir sağlamlıq mərkəzinə müraciət edilməlidir:
9 yaşından əvvəl menstruasiya görməyə başlanması.
16 yaşına qədər sinə böyüməsi, tüklənmə kimi yetkinlikdə görülən dəyişikliklərin başlamaması və hələ menstruasiya görülməməsi
18 yaşına gəldiyində yetkinlikdə görülən cinsi dəyişikliklərin başlamış, ancaq hələ menstruasiya görülməmiş olması

  •           Menstruasiya qanamalarının 21 gündən daha çox, 35 gündən daha uzun fasilələrlə olması

  •            Menstruasiya qanamalarının 7 gündən uzun ya da 1 gündən qısa çəkməsi

  •           İki menstruasiya arasında qanamalar olması

  •            Menstruasiya qanamalarının həddindən artıq miqdarda olması

            Axıntılar:

            Hər gənc qızda xəstəlik olmayan normal bir axıntı vardır. Qoxusuz, çirkli bir ağ axıntı qorxutmamalıdır. Paltarda ləkə buraxa bilən bu təbii axıntı bir çox gənc qızı və ananı həyəcanlandırar. Hər kəsin boyu və kilosu necə eyni deyilsə, axıntı miqdarı da adamdan adama görə dəyişər. Ancaq aşağıdakı vəziyyətlər varsa, təbii olmayan bir şey var deməkdir:

  •            Axıntının sarı-yaşıl rəngli və pis qoxulu olması

  •            Süd kəsiyi kimi pütürlü olması və turş iy verməsi

  •            Hər zamankından çox daha çox axıntı olmağa başlaması

  •             Bərabərində qaşıntı və yanma hissi olması

  •             Bu şikayətlərə gətirib çıxaran xəstəliklər həkimlər tərəfindən asanlıqla müalicə edilməkdədir.

            Qarın və Qasıq Ağrıları:

            Bəzi gənc qızlarda qarının alt bölgəsində dəyişik formalarda özünü göstərən ağrılar ola bilər. Bu ağrılar, bir ağırlıq ya da batma kimi yüngülcə başlayıb şiddətlənə bilər və az sonra azala bilər. Dəyişik səbəblərə bağlı ola bilən bu ağrılar əsla laqeydlik edilməməlidir. Qarının alt bölgəsində ağrı, həssaslıq olar və atəş 38 dərəcə və üzərinə çıxarsa, bir həkimə müraciət edilməsi lazımdır. Bu ağrıların səbəbi iç artıma orqanlarından qaynaqlanan bir iltihab ola bilər.

     Menstruasiya Əvvəli Gərginlik:

            Bəzi gənc qızlar, menstruasiya görmədən əvvəl bir neçə gün davam edəsincə gərgin və kövrək ola bilər. Bu, davranış, duyğu və düşüncələrini təsir edə bilər. Belə bir vəziyyət dünyadakı çoxu qadının ortaq problemidir. Həkimlərdən alınacaq bir köməklə bu dövr daha rahat keçirilər.

            Menstruasiya sancısı:

            Bəzi gənc qızlar, menstruasiya qanamaları əsnasında bel və qasıqarında ağrı hiss edə bilər. Sancı, sıxılma formasında lap zaman zaman artıb azala bilər.

            Bu ağrı menstruasiyanın ilk günündə ya da 1-2 gün  əvvəlində başlaya bilər. Sancı ilə birlikdə bulanma, qusma da ola bilər.

            Menstruasiya sancısını azaltmaq üçün bel və qarın bölgəsini isti tutmaq və bədən hərəkətləri etmək faydalı ola bilər. Sancı narahatlıq verirsə bir həkimə müraciət edilməlidir. Bu ağrının bədəndəki başqa əhəmiyyətli bir səbəbdən olmadığının da qəti olaraq başa düşülməsi lazımlıdır.
            Gənc qızlarda həddindən artıq tüklənmə: Hormonal tarazlıqda bir pozğunluqluğa bağlı olub - olmadığı araşdırılmalıdır. Ancaq əsmərlərdə daha çox tüklənmə ola bilər. Bu vəziyyət gənc qızı üzür və narahat olursa bir həkimə müraciət edilməsi uyğun olacaq

/Mənbə:Qadınlar.Biz/
(səs: 7)
Şərhlər: 9
Baxılıb: 14 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri