Kişilərin xəyanət arqumentləri

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1270
Paylaş:
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1318412168-656.jpg

Diqqət: Ancaq qadınlar bu yazını oxumalıdır!!!

Bütün dünyada belə bir fikir var ki, kişilər qadınlara nisbətən daha çox xəyanət edirlər. Bəlkə də doğru fikirdir. Amma niyə görə kişilər sevgililərini, həyat yoldaşlarına xəyanət edirlər?

Başqasına dəyişildiyiniz vaxt ağlınıza "niyə" sualı gəlir. Bu çox normaldır. Çünki heç bir qadın aldadılmağa layiq deyil. Kişilər üçün "niyə" sualının cavabını vermək sizə düşündüyüz qədər asan gəlməsin. Bəzən bir baxış, bəzən bir az qəzəb, bəzən də intimual istəklər aldatmaq üçün səbəbdir.

Qadinlar.Biz kişilərin ən çox istifadə etdikləri xəyanət bəhanələrini təqdim edir:


Cəlbedicilik

Kişilər həmişə qadınlardan daha güclü olduqlarını deyirlər. Amma kişilər hisslərini idarə etmək barəsində çox zəifdirlər. Qarşılarına gözəl bir qadın çıxanda və bu qadın onlarla maraqlananda, kişilər elə bilir ki, bütün dünya onların başına fırlanır. Kişilər gözəl bir qadının qabağında tab gətirə bilmirlər və bir hərəkətlə tora düşə bilirlər. Belə kişilər sonradan etdiklərinə peşman olurlar. Amma belə xəyanətlər münasibətləri sarsıdır.


Tənhalıq

Aparılan araşdırmalar göstərir ki, kişilər qadınlarından ayrı düşəndə başqa qadınlara maraq göstərməyə başlayırlar. Kişilərin çoxu təkliyə dözə bilmirlər. Buna görə də gərək kişiləri tək qoymayasınız.


Həyəcan axtarışında

Bütün insanlar həyəcan, macəra axtarır. Amma qadınlardan fərqli olaraq, kişilər həyəcanı əks-cinsdə axtarmağa üstünlük verirlər. Yeni dodaqlar, bədənlər, saçlar, söhbətlər yeni həyəcan deməkdir kişilər üçün. Ailə həyatında kişilərin bu cür axtarışlara çıxmasının qarşını almaq üçün münasibətlərinizdə həyəcanın ölməməsi üçün əlinizdən gələni etməlisiniz.


Gərginlik

Kişilərin aldatmaq barəsində ən çox işlətdikləri bəhanə narahatlıqdır. Evdə axtardığı rahatlığı tapmadığını, yoldaşı ilə tez-tez dava etdiyini deyən kişilər, rahatlığı başqa qadınlarda axtarmaq başlayırlar.

Kişilərin yalanlarını gizlədə bilmirlər. Əgər sevgiliniz sizi aldadırsa, bunu necə öyrənə bilərsiniz?

Bəzi əlamətlər:

- O, evə gec gəlir. Hər dəfə də bir bəhanə tapır.
- Sizə yaxşı davranır, hədiyyələr alır. Çox güman ki, sizi aldatdığına görə vicdan əzabı çəkir.
- Onun sizə və uşaqlarınıza olan münasibəti dəyişibsə, sizinlə çox şeyi bölüşmür, sizə az vaxt ayırırsa, çox güman ki, həyatında başqa biri var.
- Sizin yaxşı tərəflərinizi yox, ancaq pis tərəflərinizi görməyə başlayıb.


 


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1270
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook