Ətiri Bədəninizə uyğun necə seçməli?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3226
Paylaş:
Səs ver:
(səs: 1)

 

Bəzən rəfiqənizin ətrindən xoşunuz gəlir, ancaq eyni ətiri alıb özünüz vuranda qoxu istədiyiniz kimi olmur. Bu hissi çox adam yaşayıb. Bunun səbəbi isə hamının fərqli dəriyə sahib olmasıdır. Çünki qoxuya həyat verən insan dərisidir. Dəriyə vurulan ətir bəzən çox cəzibədar, bəzən isə istənməyən qoxu verə bilər.

Mütəxəssislər bunun üçün əsmərlərə daha sərt, sarışınlara isə yüngül ətirləri almağı məsləhət görürlər. Ancaq təbii ki, zövq faktoru seçim məsələsində əsas rol oynayır. ANS PRESS-in məlumatına görə, bunun üçün də məsləhətləri və zövqünüzün üst-üstə düşdüyü ətri seçmək üçün parfümlər haqqında bir neçə məsləhətə əməl emək lazımdır.

Parfümün özünü tam biruzə verməsi üçün səbrli olun

Mövsümlərlə birgə ətirlərnizi də dəyişin. Çünki soyuq hava ətirin qoxusunun təsirini azalda bilər.
Ətir almağa günortadan sonra gedin. Çünki bu zaman insanın qoxu bilmə qabiliyyəti ən üst səviyyədə olur.

Dəriniz qurudursa, ətirdən çox istifadə edin. Yağlı dəri ətiri özündə daha uzun müddət saxlayır.
Ətiri duşdan çıxandan sonra istifadə edin.

Maksimum nəticə üçün ətiri nəbz olan hissələrə vurun.

Parfüm alacağınız gün başqa ətirdən istifadə etməyin. Ətirlər bir-birinə qarışsa, seçim etmək daha da çətin olacaq.

Ətirdən həddindən artıq çox istifadə etməyin. Çünki bu həm özünüzün, həm də ətrafınızdakıların baş ağrısına səbəb ola bilər.

Dərinizdə sınaqdan keçirməmiş ətir almayın. Ətiri dəriyə vurun və 1-2 saat gözləyin. Bu vaxt kəsiyində siz ətirin sizdə necə qoxuyacağına asanlıqla qərar verə bilərsiniz.

Ətiri vurandan sonra həmin bölgəni ovmayın. Çünki bu hərəkətiniz ətirdəki molekulların parçalanmasına və qoxunun dağılmasına səbəb ola bilər.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 3226
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv