Qızlarına qadağan qoyan ailələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 500
Səs ver:
(səs: 0)
Bəzi ailələr var ki, qız övladlarını tək başına cəmiyyət içinə çıxmağa qoymur.. Səbəb olaraq da cəmiyyətin bəzi nümayəndələrinə güvənmədiklərini dilə gətirirlər. Qızlarına güvənləri sonsuz olsa belə, cəmiyyət içindəki bəzi oğlanların, el arası diliylə desək "Söz atmaq"  "sataşmaq" kimi əxlaqsız hərəkətlərinə görə, tək başına cəmiyyət içinə çıxmaqlarına icazə vermirlər...
Tək başına cəmiyyət içinə çıxmasın, qızıma, bacıma söz atan olmasın deyirlər...

Bu qızların, təhsil həyatının olmasına, ali savadını artıra bilməyinə, iş həyatının olmağına mane olmaq nə dərəcədə doğrudu?
Cəmiyyət içində çox olmaması, onun dünya görüşünü artıra bilməməsinə gətirib çıxara bilir bəzən. Dünya görüşü olmayan bir insan, gələcək həyatı haqqında nə dərəcədə doğru qərar verə bilər?
Bu qızların ruh sağlığı nə dərəcə də sağlam ola bilər? Özünü qəfəsdə bilmək kimi, bir duyğu içərisində yaşayan insanın, psixolojisi nə dərəcədə sağlam ola bilər?

Ailəsinə bu barədə haqq verib, onlarla razılaşıb yaşyanlar da var. Bu yaşam tərzinə artıq uşaqlıqdan alışıb yaşayarlar. Cəmiyyət içinə çıxmağa maraqları da olmaz. Dünya görüşünü evin içində, cəmiyyət içinə çıxmadan da artıra biləcəklərini düşünürlər. İş həyatına maraqları olmur, hətta ev ilşlərində bacarıqlı olmağı, iş həyatınıda müvəffəqiyyətli olmaqdan üstün tuturlar. Psixoloji cəhətdən də heç bir narahatçılıq hiss etməzlər. Ailəsi, ona sadəcə olaraq, tək başına çıxmağı qadağa edir, ona məhbus həyatı yaştmır. Və bu qadağanın öz xeyrinə olduğunu düşünür...

Ailəsiylə razılaşmayıb, etiraz edib, hətta evdən bunun üçün qaçan qızlar da var. Cəmiyyət içinə çıxmağa can atırlar, sevdiyi ilə, dost tanışı ilə rahat görüşə bilmək üçün bu yola əl atırlar bəzən...
Sonda bu hərəkətlərinə görə, pis yola da düşə bilirlər...

Sizcə, belə bir qadağa qoyan ailələr, nə dərəcədə doğru fikirdədilər?

Sizə belə bir qadağa qoyulsa, nə edərdiniz?

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 500
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri