Rəfiqənizlə paylaşılmaması lazım olan 4 şey

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 319
Səs ver:
(səs: 0)
http://imgs.su/tmp/1321866838-656.jpg

Keçmiş sevgiliniz

 

Siyahıda ilk sırada olmağı əbəs deyildir. Əlaqənizin olduğunu söyləyə bilərsiniz lakin, bu o demək deyil ki əlaqənizin dərinliklərinə qədər rəfiqənizə danışasınız. Ümumiyyətlə bir xanım olaraq, keçmiş sevgilinizlə bağlı olan fikirləri unudun. Hər şey keçmişdə qaldı. Rəfiqənizin də sizə danışmağına imkan verməyin, çünki əvəzində sizin də ona danışmağınızı tələb edə bilər.
İstifadə etdiyiniz ətir

 

İlk baxışda eqoistlik kimi gələcək, amma bir də belə düşünün: uzun zamandır istifadə etdiyiniz və sizinlə qaynaşan ətirin eynisindən səmimi rəfiqəniz də istifadə edir. Halbuki bəhsi keçən qoxu sizin imza qoxunuz, az qala şəxsiyyətinizin bir hissəsi olmuşdur. Təbii ki, insanların istifadə etdiyiniz ətiri almasına mane ola bilməzsiniz, amma tək olmağı, seçilməyi qorumaq üçün ətirinizi özünüzə saxlayın, peşman olmayacaqsınız.

Qısqanclıq

 

Bunun rəfiqələrinizlə paylaşdığınız bir şey olmadığını söyləyə bilərsiniz. Amma yaxın birinin başınıza yaxşı bir şey gəldiyində, sizinlə birlikdə sevinmədiğini fərq etsəniz, necə hiss edərsiniz? Bir yoldaşa verilə biləcək ən pis reaksiya onun acı, ya da xoşbəxtliyini paylaşmamaqdır. Gülnaz yeni avtomobil alzan zaman, Gülbəniz sevdiyi insanla görüşməyə başladığında, ya da Gülsarə digərləri tərfindən tərifləndikdə, o qəlbinizdəki kiçik canavarla baş edin və yoldaşınız üçün xoşbəxt olun!

Pul

 

Burada kiçik miqdarlarda bəhs edilmir. Dostluqların pul mövzularının stress və təzyiqi altında parçalanması ilə nəticələnən bir çox nümunə var. Maddi mövzular öz-özünə canınızı sıxmağa kifayət, bu çərçivənin içinə bir də sevdiyiniz insanın girməsinə icazə verməyin və yoldaşlarınızla böyük miqdarda pul mübadiləsi etməyin.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 319
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri