Ağıllı qadınlar niyə təkdir?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1321
Paylaş:
Səs ver:
(səs: 0)

alt

 

Ağıllı qadınlar niyə təkdir? Cavabı uzun… amma kişi suveren cəmiyyətlərdə çox normal.
Televizorla bəslənən, mediatik refleksli cəmiyyətimizin bəzi kişiləri, gücün və iqtidarın qarşı cinsə keçməsi halında dəli olur. Bir alçaq kompleksi vəziyyəti yəni… cənnət anaların ayaqları altında deyib, qadın döyən yazıqların düşdüyü acizlik…
Kişi həmişə ağıllı qadından xoşlanar amma zamanla bu zəka yarışında məğlub olunca hirslənər, küsər və ağlar. Eynilə uduzmanı həzm edə bilməyən bir uşaq kimi. Ağıllı qadınlar kişilərin uşaq alt beyinlərinin inkişaf etmədiyini bilərlər. Şirkət sahibi, idarəçi hətta baş nazir belə olsalar “əslində” onların heç böyüməyən bir uşaq olduqlarını unutmazlar və ağılları sayəsində hər vaxt onların istədiyini edirmiş kimi davranıb, öz qanunlarını tətbiq edərlər. Yazıq kişi, iqtidarın həmişə özündə olduğunu düşünər. 
Ağıllı qadınları yanlarında daşımaqdan xoşlanan kişilər, zamanla onlardan qaçmanın yollarını axtararlar. Çünki qadın zəkasıyla üstünlüyü ələ keçirmişdir. Kişisə özünü əskik və iqtidarsız hiss edər. Həm ağıllı qadından xoşlanar, həm də ağıllı qadından qorxar və qaçar. Yaşadıqları əlaqə boyunca yanındakı sevgililərinin zəkasıyla öyünərkən, o zəka özlərinə qarşı istifadə edildiyində hirsdən dəliyə dönərlər və hətta kobud qüvvətə müraciət edərlər. Buna görə ağıllı qadınlar həmişə təkdir.

Kişisi onu aldatdığını düşünərkən, o çoxdan ilk eşqbazlığı yaxalamışdır. Təlaş yoxdur. Çünki dərinlərə səssiz enilməlidir ki qorxub qaçan olmasın. Bunu düz sevdikləri üçün edərlər. Məqsədləri alçaq etmək deyil, özünə edilən haqsızlığı tam və doğru olaraq bilmə haqqını əldə etməkdir.

Ağıllı qadınlar hər şeyini verər və hər şeyini alar. Ağrıları boylarını aşsa da səsləri çıxmaz. Dillərində peşmanlıq cümlələri gəzməz. Özünə olan hörmətlərini və ayaqlar altına almadıqları qürurlarına sahib çıxarlar.

Ağıllı qadınlar kişilərini başqalarına əzdirməzlər. Özləri əzərlər. Bunu qürurlarını incitmədən etməyə çalışarlar amma sonunda həmişə haqsız olan onlar olar. Onlar əvvəl susar, sonra sorğular, ondan sonra da cavab verərlər. Susduqlarında dillərini tikanlı məftillərə dolar, danışınca əvvəl özləri qanayarlar…

Ağıllı qadınların “danışacaq çox şeyləri olduğu üçün susqunluqları da böyük olar” Ağıllı qadınlar özünü əzdirməz. Ağıllı qadınlar axmağı oynaya bilməz. Ağıllı qadınlar özlərinə haqsızlıq etməz. Ağıllı qadınlar aşiqkən də ağıllıdır. Buna görə həmişə tək qalarlar.


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1321
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv