Qadınları gündəlik həyatın stresindən qoruyan 3 sadə addım

Müəllif: Wiyinka
Şərhlər: 3
Baxılıb: 2 435
Səs ver:
(səs: 1)
Hansı işlə nə qədər məşğul olursa olsun qadınlar, gündəlik həyatdakı gözləmələrdən, məsuliyyətlərdən və bağlılıqlarının gətirdiyi stressdən 3 sadə addımla qoruna bilərlər. Budur, o üç addım...

Bu günlərdə biz qadınlar özümüzü günün sonunda yorğunluqdan əldən düşmüş halda tapırıq. 24 saat əsla kafi gəlmir. Günün sonunda özümüzə çox az zaman qalır, bir çoxumuz üçünsə iş yükünü yüngülləşdirmək bir həll olmur. İstər ev xanımı istər böyük şirkətlərin idarəçisi olun, əlamətlər çox bənzərdir.

Yaxşı, həll nədir?
Bir çox qadın alternativ tibb tətbiqlərindən faydalanır.
Hansı işlə nə qədər məşğul olursa olsun qadınlar gündəlik həyatdakı gözləmələrdən, məsuliyyətlərdən və bağlılıqlarının gətirdiyi stressdən 3 sadə addımla qoruna bilər:

- Ağıl (Zehni və duyğusal sağlamlıq)

- Bədən (Uyğun qidalanma, qida əlavələri, fəaliyyətlər, hormonal tarazlıq)

- Ruh (Özü və başqaları üçün sevgini hiss etmək, içindəki güc)

Yrd. Dos. Dr. Gamze Şenbursa, "Bu 3 başlığa diqqətlərini verərək, qadınlar öz sağlamlıqlarının idarəsini əllərinə ala bilər, içlərindəki ən mükəmməl versiyalarını ortaya çıxara bilərlər" deyir.

Siz qadınlar üçün əllərindən gələnin ən yaxşısını etmək, içlərindəki gücü çölə çıxarmaq, pul qazanmaq, yaxşı bir bədənə sahib olmaq və yaxşı əlaqələrə sahib olmaq əhəmiyyətli isə Yrd. Dos. Dr. Gamze Şenbursa'ya qulaq verin:

- Ağıl-bədən-ruh birlikdəliyi; stressi azaldan, bədən fərqliliyini və yaxşılıq halını artıran olduqca sadə bir alternativ tibb üsuludur. Ağıl-bədən-ruh birlikdəliyi bütün alternativ tibb üsulları kimi holistik (bütöv) yaxınlaşmanı mənimsəyər. Bütöv yanaşmaya görə bədənimizin və özümüzün fərqində olmaq, sağlam və müvəffəqiyyətli olmaq üçün təməldir. Bütün bunları həyatımıza tətbiq etmək isə bizim əlimizdədir.

- Ağıl-bədən-ruh birlikdəliyi üsulunda müsbət enerji çox əhəmiyyətlidir. Müsbət düşünmə, həyatdan zövq alma, başqalarına və özümüzə hörmət etmək müsbət enerji verir. Həyatımızda özümüzə kiçik motivasiya edici qeydlər yazmaq da müsbət enerjimizi artırar.

- Aşağıdakı kimi bir qeyd yaxşı bir gün keçirməmizə köməkçi olar:
"Günüm çox yaxşı keçir. Sanki bütün kainat mənim kim olduğumu və nə istədiyimi bilir kimi. Sanki rəqs edər kimiyəm. Səhər qalxdığımda enerjiylə doluram, həyatda olduğum üçün çox xoşbəxtəm. Ətrafımda bu qədər mükəmməl insanların olması çox gözəldir. Önümə çıxan bütün çətinliklərlə baş edə bilərəm. Başqalarına faydalı olduğum üçün çox xoşbəxtəm. Xoşbəxt olmaq üçün çox səy sərf etməyimə ehtiyac yoxdur. Önümdə sonsuz variantlar olduğunu bilirəm. "
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 435
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri