Standford Tibb Univeristetinin alimlərinin araşdırmasına görə, qadın beyni kişi beyninə nisbətən zarafatlara tez cavab verir.
Bu nəticəyə gəlmək üçün mütəxəssislər 6-13 yaşındakı 22 uşağı 3 qrupa ayıraraq onlar üzərində araşdırma aparıblar.
Birinci qrupdakı uşaqlara heyvanlarla bağlı gülməli videolar, ikinci qrupdakılara yeniyetmələrə aid videolar, üçüncü qrupdakılara isə heyvan aləminə aid videolar göstərilib. Sonda isə uşaqlardan hansı video görüntüləri daha maraqlı hesab etdikləri soruşulub. Bu zaman qızlar heyvanlarla bağlı gülməli, oğlanlar isə yeniyetmələrə aid maarifləndirirci videoları daha maraqlı hesab etdiklərini bildiriblər.
"Social Neuroscience" jurnalında dərc olunan bu araşdırmada psixoloqların rəyi də öz yerini alıb. Onların fikrincə, qızlar oğlanlara nisbətən gülməli videolar, hadisələrdən daha çox zövq alırlar.
Əksər hallarda "Qadınlar onları güldürən kişiləri sevirlər" fikrini eşidirik. Psixoloqların sözlərinə görə bu heç də boş yerə deyilmiş söz deyil. Qadınların beyni zarafatlara, gülməli hadisələrə daha tez reaksiya verdiyin görə onlar üçün zarafatcıl insanlarla vaxt keçirmək daha əyləncəlidir. Buna görə qadınlar sevgili, həyat yoldaşı seçərkən onun digər xüsusiyyətləri ilə yanaşı həm də yumor anlayışına və onun nə dərəcədə zarafatcıl olmasına diqqət edirlər.