Qadınlara hər şeyi deməyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 997
Səs ver:
(səs: 0)
Hər güclü kişinin arxasındakı qadın, o güclü kişinin sirlərinə də ortaq olmaq istər. Lakin ən yaxınınız ola sevgilinizə belə izah etməməli olduğunuz bəzi sirlər var.

alt

Ailəvi vəziyyətlər

Hər nə qədər yetkin bir kişi olsanız da, hələ ailənizdən kömək ala bilərsiniz. Bu köməyin sərhədləri ananızın arada bir evinizi təmizləməsindən, pulunuz çatmayanda atanızın sizə pul göndərməsinə qədər uzana bilər. Ailənizlə əlaqəniz tamamilə sizə xüsusi qalmalıdır. Çünki qız dostunuz hələ ailənizdən nə isə ümid etməyinizi səhv başa düşə bilər. Hətta sizin hələ ana- atasından asılı, uşaqlıq çağını geridə buraxa bilməmiş bir süd quzusu olduğunuzu zənn edə bilər. Bu tip səhv anlaşılmazlıqlara yer verməmək üçün ən yaxşısı sevgilinizə ailənizlə olan bəzi məlumatları verməməkdir. Əlbəttə ailə işləri haqqında təmkinli davranmaq yalnız maddi mövzularla məhdud deyil. Digər mövzularda da təmkinli davranmaq sizin haqqınızdır.

Ailə içindəki bir sıra narahatlıqlar, keçmişdə qalmış pis hadisələr və davam edən anlaşılmazlıqlar da gizli qalmalı olan gerçəklər arasındadır.
Çünki hələ sizi tanımamışdan qaranlıq sirləri öyrənən qadın, sizi öz xüsusiyyətlərinizlə deyil, yeni öyrəndiyi hadisələrlə mühakimə edib, mövqeləndirə bilər.
Zaman irəlilədikcə, gərək gördüyünüz təqdirdə ailəniz haqqında daha çox məlumat verməyi düşünə bilərsiniz.

Qorxularınız və zəiflikləriniz

alt


Hər kəsin fobiyaları ola bilər. Qan görmək, stomatoloqa getmək həyatınızın ən böyük kabusu ola bilər.
Əlbəttə qız yoldaşınıza bu tip qorxularınız heç yoxmuş kimi davranın demirik.
Yalnız bunları siz söyləməyin. Buraxın özü kəşf etsin. Çünki qadınlar, həyatda başlarını qoya biləcəkləri güclü kişi fiqurları axtarar. Hər kəsin fobiyası olmasının normal olduğunu düşünən qadınlar belə qorxularından, gücsüzlüklərindən dəm vuran kişiləri təsdiq etməz. Qadınlar kişi dostlara təskinlik vermək yerinə, özləri müşkül vəziyyətə düşəndə sığına biləcəkləri güclü bir qala axtarışındadır.

Güclü qala ola biləcəyinizi göstərmək üçün zəif istiqamətlərinizin vurğulamayın.
Sevgiliniz sizi tanıdıqca gücsüz olduğunuz nöqtələri öyrənsin.


P.S: Siz tanış olduğunuz xanıma öz zəif cəhətlərinizi etiraf edirsinizmi?
Sizcə ciddi fikirlə münasibət qurduğunuz xanıma zəif cəhətlərinizi izah etmək doğrudurmu?
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri