Qızdadır günah

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 043
Səs ver:
(səs: 6)
QIZDADIR GÜNAH!?...

Canım vətənimin hər güşəsində eşidə biləcəyiniz bir deyimdir...


Bir atalar sözü, hətda məsəl olduğu düşünülsə də, sadəcə cəhalətin və patriarxiyanın sərhədsiz olduğunu bizə isbat etmək üçün yad planetliler tərəfindən dünyamıza gətirildiyini düşünürəm. Yox. Buna səbəb məntiqsiz olması deyil. Yəni əgər bir qadın cinayət işləmişsə,hakimin toxmağı vurub "qadındadır günah" deməsi və mənim "nə?!, bunları əzbərdən bilir?!" nidama səbəb olan maddələri sayması məntiqlidir. Amma... Sizə bir-iki əmmanı örnəklərlə göstərim: Örnək 1: məkan Azərbaycan, qardaşı evdə tək olan bacısına təcavüz edib və bir insanın bu mövzudaki şərhi: qız bilir ki, qardaşı "kimdi". Niyə hamı toya gedibsə o da getməyib, evdə qardaşı ilə tək qalıb...? Qızın da günahı var. (!) ( bir qızın öz doğma qardaşının ona təcavüz edəcəyini təxmin etməməsi, artıq qızın günahı sayıldı...") örnək 2: qaynı dəsmala bürünərək hamamdan çıxıb, qardaşı arvadına təcavuz etməyə cəhd edib. Lakin qadın özünü xilas edə bilib. Polisə şikayət edib və heç məqaləni tam oxumağa tənəzzül belə etməyən insanın şərhi: evdə qaynı ola-ola niyə hamamdan dəsmala bürünüb çıxıb ki? Elə etməməliydi. Evdə kişi xeylağı var.(!) (burdakı məntiq xətası isə heç oxumadan qadını günahlandırma)
 
Yuxarıdaki örnəklərin 20 illik həyatım boyunca eşitdiyimi demək istərdim, lakin bunlar sadəcə son 2 həftədə sosial şəbəkələrdə gördüklərimdir. Sosial şəbəkə? Ah, o hər kəsin qanadları yonulmuş mələk, Kəlməyi-Şəhadəti bilməyən imam, Darvinin ilk adını bilməyən ateist-təkamülçü, oğurladığı tək şey qonşunun
alması olan "vorzakon", ruhu fahişəykən, özü əxlaq dedaktoru olan insanların bol-bol olduğu bir yer . Mövzumuza qayıtsaq, millətimizin "qızdadır günah" deməyi necə sevdiyini və hər söhbətə öz əxlaqlı, tərbiyəli şəxsiyyətini isbat etmək üçün özünü necə ön plana salmağını anladıq. Ən acınacaqlısı nədir? Yuxarıdaki şərhlər qadınların idi. "Sapı özümüzdən olan baltalar...".

Bu "yaxşı qız" sendromu ilə, "mən müqəddəs bakirə axtarıram, özüm vecsiz və bir işə yaramayan fərsiz olsam da" psixologiyasının dərinlərinə enmək istərdim, lakin yenə "mentalitet" adı altında, əslində milli mentalitetimizə zidd olan çürük bir şeylər çıxacaq ortaya. Niyə zidd? Nağıllarımız, dastanlarımız, nəğmələrimiz... bizə sevginin, sevilməyin iki tərəfli olduğunu anlatmırmı?

"Qızdadır günah"- bu cümləni hər eşitdiyimdə, deyən insana nifrət yaranır məndə. Bir qız olduğumdanmı, yoxsa oğlanları iffət-namus-ağıl abidəsi hesab edib, əslində oğlanların günahı olan hər zibili qadınların qanı ilə təmizləməyə çalışan bir cəmiyyətdə yaşadığımdanmı bilmirəm. Bir cəmiyyətdəki təcavüz belə "qızdadır günah" deyə açıqlanır...Bir təcavüzdə qadında günah necə ola bilər? İçkisinə afrodizyak qatdığı kişinin qabağında striptizmi oynadı? Digər bir ironiya isə, bir kişi qadını öldürsə bəhanə hazır-namus üstündə. O dəqiqə böyük ehtimalla heç bir günahı olmayan qadına lənətlər yağdırıb, əslində cinayatkər alçaqdan başqa bir şey olmayan kişiyə medal taxan minlərlə "əxlaq keşikçiləri" tapılacaq. Ay "namus" anlayışının başına döndüyüm millətim, o xəyanəti kişi edəndə, "kişidi, edər" məsəlini ortaya atırlar, bu səbəbdən, ya da bəhanədən öldürülən qadınlara etdiyiniz lənətlər boğazınızda düyümlənmir? Vicdanınızı sızlatmır? Hər şey cəhənnəm, bari utanırsınızmı? Aha, " kişiylə qadın eyni deyil ki" deyə düşünüyünüzü super güclərimlə hiss edirəm, ya da bu ürək bulandıran fikiri az qala hər kəsdən eşitdiyimdən təxmin etdim.
 

Bir sual: o fərq nədi? mənə "qıfıl-açar", "adına söz gələr" kimi çeynənmiş, hətda qusulmuş açıqlamalar etməyin. Çünki 1. dünyanın hər yerində 1 açar, yalnız bir qıfılı açmaq üçün istehsal edilir və 2. elə adına söz çıxaran sən və sənin kimi başqasının həyatına burnunu soxmağı sevənlərdi. Bəli, sən!

İndi mənə başqalarının sözlərini tutuquşu kimi təkrar etmədən kişi ilə qadının fərqini açıqla. Fiziki demirəm, mənəvi. Necə olur ki, "namus" ancaq qadında olur və ancaq qadınınki kirlənir? Ən əxlaqsız oğlanla həqiqətən təmiz və saf olan qız eyni səviyyədə tutulur? Necə olurki, qadının ətəyinin ölçüsünü arxasını güdüb, əlində xətkeş ölçən millətim, bir qadın günahsız yerə döyüləndə susur? Necə olur ki, 15 yaşında sevgilisi olan qıza "quş" deyən vətəndaş, 15 yaşlı qızın toyuna əlində xonça gedir? Necə olur ki, oğlanın 2, hətda 3 "fırlatdığı" olanda fərəhdən göylərə uçan, mədal taxan millətim, qızın tək sevdiyi olanda ağzını açıb, vicdanını bağlayır? ( bu sonuncu məntiqsizlikdən bələ kənara çıxıb). Nə? Qızların sevgilisi olmasın, oğlanların olsun. O zaman məntiqən...Oğlanlar bir-biri ilə...tövbə Əstağfrullah)

Bunun haqqında daha çox yaza bilərəm, lakin deyildiyi kimi : hər kəs sadəcə görmək istədiyini görər. Kimi 1 cümlə yazsan anlar, kimi saatlarla açıqlasan " qız uşağı elə şeylər bilməz. Evdə qalasan, alan olmayacaq səni" deyib keçər. Xoş, 21-ci əsrdə hələ də, qadınların mal kimi "alınması" ironiyadan çox acı reallıqdır da. Sonda "qızda deyil günah" deyirəm. Cəmiyyətimizdəki əxlaqsızlığın səbəbi nə qızların internətə girməsi, nə evdən çıxması, nə oxuması, nə də geyimləri, sevgililəri olması heç deyil- səbəb sənsən. Sən, mən, o və milyonlarla olan millətim. Bir-birimizi etiketləməyi, qeybət etməyi, öz qüsurlarımızı görmədən, başqalarınınkini əldə bayraq etməyi elə sevirik ki... Əxlaq, namus bədənimizin erogen bölgələrində deyil, beynimizdə, ruhumuzdadır. Kimin nə yaşadığını, nə baş verdiyini bilmədən, sadəcə kimdənsə eşitdiklərimizə kiməsə "namussuz" damğası vururuq, əxlaqı ətək boyu, internetə girmə və s.ilə ölçəcək qədər ucuzlaşdırırıq. Qızlarımı evə kilidləyərək, ya da hər şeyi qadağan edərək ilk əldə etdiyi fürsətdə "azad"lığını yanlış dəyərləndirən qızlar, çürük düşüncələr sayəsində beynini korlayıb, hər gördüyü qıza yeyəcəkmiş kimi baxan oğlanlar yetişdirik.

Günah səndədir, günah məndədir- günah bizdədir....
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 4 043
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri