5 qadın tipinin xüsusiyyətləri

Şərhlər: 9
Baxılıb: 2 354
Səs ver:
(səs: 0)
1.DƏLISOV
Bu xanımlar ilk baxışdan özlərindən razı görünürlər. Acıq -saçıq, adətən zövqsüz geyinirlər. Səsləri kobud və küylü olur. Danışanda fikirlərini daha çox əl-qolla izah edirlər. Hərəkətləri kəskin, ədəbsizdir. Makiyajı sanki bağırır və cəlb edir. Bir sözlə - problemli qadın.
ÖZÜNÜ  dəblə uyğunlaşan, müasir dövrün super pərisi hesab edir. 
İŞ YERI  azad.
Onun anti maraqları: ümumiyyətlə incəsənət, müsbət cəhətli insanlar, sakit ailə həyatı.
MARAQLARI: klublar, diskoteka əhli, bayağı musiqi.
DOSTLARI: ekstremal macəralar axtaranlar.

2.HÖKMLÜ  SƏRT
Bu xanımlar xəyalpərəst deyillər. Daha çox reallığa üstünlük verirlər. Höklü xasiyyətli xanımlar nəinki öz həm də dostlarının hər addmlarını hesablayırlar: müsbət və mənfi cəhətlərini. Heç vaxt xəyallara qapanıb hisslərinin qulları olmazlar. Hesablayıcı maşın kimi onlar hətta həmsöhbətinin ayaqqabılarının, geyiminin qiymətini haqq-hesab edirlər. Əgər bu xanım onunla tanış olmaq istəyən bəyin ayaqqabılarını 200 manatdan aşağı qiymətləndirsə, onda ... bəyin heç bir şansı yoxdur. 
HÖKMLÜ  SƏRT tipli xanımlar
Bu xanımların tələb və iddiaları çox yüksəkdir. Demək olar ki, fantastikdir. Qalmaqal salmaq, özünün psixi pozuntularını nümayiş etdirmık onların ən sevimli əyləncələridir. Hiyləgərliyi mahir ustalıq və bacarıqla edirlər. Bu tip qadınlar həyatdan maksimal faydalanmağı bacarırlar.
ÖZLƏRINI cəmiyyətin yüksək təbəqəsinə aid edirlər.
İŞ YERI  daha idman zallarında və gözəllik salonlarında görkəmləri üzərində çalışırlar.
MƏSLƏHƏT DEYIL  pul və əmanətlərinizi etibar edəsiniz. Və ən əsas varlı dostlarınızla tanış etməyin!
MƏSLƏHƏTDI  bu xanımlar bəyləri kübar qonaqlıqlara müşayiət etsinlər.
DOSTLARI: iş adamları.

3.QADLN - ÖVLAD TIPI
Toyda-nişanda anasının yanında duran arıq, cansız, zahirən dəqiq yaşı bilinməyən xanım  Yaxşı qız-övlad tipinə aiddir. 
Üzdən günahsız, mə'sum, saf qəlbli görünən bu xanım daxilən qaniçən, zülmkar, hətta zalım ola bilər. Bu qız sadəcə varlı qəhrəman axtarmır. Onun həyatının şahzadəsi nəinki onun problemlərini, həmçinin bütün qızın qohum-əqrabasının çətinliklərinin həll etməyə qadir olmalıdır. Xanım öz tərəfindən hazırdı bu qəhrəmanın hər bir tələbini canla-başla yerinə yetirsin. Məsələn: lazım olanda - şıltaq uşaq olsun, yeri gələndə - 100% Qadın kimi özünü aparsın. 
ÖZÜNÜ  anasının balası adlandırır. 
İŞ YERI  iqtisadçı, tərcüməçi, hüquqşünas.
Ümumyyətlə, həyat devizi: minimum fantaziya, maksimum nüfuz, hörmət.
MƏSLƏHƏT DEYIL  diqqət mərkəzinə salmaq, subyektiv fikrini soruşmaq. 
MƏSLƏHƏTDI  bu xanımlarla teatr və kino tamaşalarına getmək. 
DOSTLARI: konservativ düşüncəyə malik olan insanlar.

4.ƏSL XANIM
Romantik, məlahətli, cazibəli bir xanım. Hər bir gördüyü iş gözəl alınır. Çünki bu işə o, qəlbini qoyur. Münasibətlərini ciddi və səmimi olur. Xəyanəti sevmir və özü də qəbul etmir. Yoldaşına qarşı çox tələbkardı: emosional, fiziki və mənəvi. 
ÖZÜNÜ  yaradıcı insan adlandırır.
İŞ YERI - sənətşünas, kitabxanacı, katib.
MƏSLƏHƏT DEYIL  keçmiş səhvləriniz haqqında ona danışasınız.
MƏSLƏHƏTDI  gözəl gül dəstələri bağışlamaq, yaxın dostlarınızla tanış edəsiniz.
DOSTLARI: sadə, səmim insanlar. 

5.QADIN-ANA TIPI
Danışıq tərzi: ciddi, yığcam, dəqiqdir. Bir sözünü iki edən adamlara qarşı dözülməz sərtdir. Əgər kişi onun xoşuna gəlsə, qoyulan tələblərinin yerinə yetirsə - onda o kişi özünü xoşbəxt hesab edə bilər. Çünki bu xanım onu həm geyindirəcək, həm yedirdəcək, həm də yanında yatızdıracaq. Bir şərtlə - hər şey xanım dediyi kimi olmalıdır. Ailədə tam  matriarxat.
ÖZÜNÜ  işgüzar xanım adlandırır 
IŞ YERI  hardasa, kiməsə rəhbərlik etmək 
MƏSLƏHƏT DEYIL  hansısa məsələyə aid yol göstərmək, nədəsə etiraz etmək.
DOSTLARI: zirək, təşəbbüskar, bacarıqlı, işgüzar insanlar - əsasən kişilər.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 354
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri