Allah anaları qorusun!

Müəllif: Meleknur
Şərhlər: 8
Baxılıb: 4 640
Səs ver:
(səs: 2)
Deyirlər ki, ana ürəyindən qopan laylalar həyatın ən şirin təranəsidir. Bu təranənin ahəngindəki mənalar min-min arzunun səsidir. Bəlkə də ona görə bəşər var olan gündən ananın ünvanına həmişə xoş sözlər qanadlanıb. Ana o qədər ilahi və müqəddəs varlıqdır ki, vətəni də onun ismi ilə "Ana vətən" adlandırırlar.
Şifahi xalq ədəbiyyatında, folklor nümunələrində, dastanlarda, bayatılarda, el nəğmələrində ana olduqca müqəddəs bir varlıq kimi vəsf olunub.
Təsadüfi deyildir ki, analara ən yüksək qiyməti də Məhəmməd peyğəmbər (s.ə.s.) verib: "Cənnət anaların ayaqları altındadır".
Ana haqqında atalar sözləri də çoxdur. Bu müdrik fikirlərin məna çalarlarına diqqət yetirdikdə həyatın bütün rəngləri göz önündə canlanır: "Ana qəlbi kövrək olar", "Ana ürəyi, dağ çiçəyi", "Ana səbri böyükdür", "Ana qəlbinə toxunmaq olmaz", "Ana haqqı, Tanrı haqqı", "Anadan artıq yavər olmaz", "Analı qızın işi görünər, anasız qızın dişi", "Analı qızın özü böyüyər, anasız qızın sözü". Hətta biri bəladan, ölümdən, qəzadan qurtulanda deyərlər: "Anası namaz üstə imiş".Allah Analari qorusun ..Amin
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri